Əksər hallarda qadınların hesabından pul oğurlanır Mərkəzi Bank
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
"Həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. pizza
Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk.
Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















