Icma.az
close
up
RU
Əksəriyyət öskürür Mövsüm dəyişikliyi, yoxsa virus? ARAŞDIRMA

Əksəriyyət öskürür Mövsüm dəyişikliyi, yoxsa virus? ARAŞDIRMA

Icma.az bildirir, Lent az portalına istinadən.

Son günlər havaların soyuq keçməsi nəticəsində qripə yoluxanların sayı artıb. Bu isə əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlığa yol açıb. Bəs insanlar arasında artan bu xəstəlik mövsüm dəyişikliyi ilə bağlıdır, yoxsa həqiqətən virusdur?

Lent.az-ın araşdırmasına görə, pandemiya bitsə də, hazırda "Omikron" ştamının mutasiya variantları davam edir. 

Hazırda Almaniyada klinikalarda xeyli COVİD-ə yoluxan xəstələr var. Əksər ölkələrdə buna o qədər də əhəmiyyət verilmir. İnsanlar da bunu ayaqüstü keçirirlər. Ölkəmizdə də bu hallar az deyil. Bundan başqa, əhali arasında rotaviruslar, entereviruslar, qrip infeksiyası geniş yayılıb. Epidemioloji vəziyyətin bu şəkildə qarışıq olması dünyanı narahat edir.

Əsas hədəf kütləsi…

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf  kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Bu qrup xəstələr qripi daha ağır keçirir və qeyd edilən kateqoriyaya aid olan şəxslərin xəstələnməsi səbəbindən ölüm halları da baş verə bilər.

Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma, qarın ağrıları və ishal halları kimi mədə-bağırsaq simptomları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə bir neçə yeni virusun ortaya çıxması və bəzi tanınan virusların mutasiyaya uğraması müşahidə olunur. Məsələn, COVİD-19-un KP.2 və KP.3 kimi yeni subvariantları immunitetdən qismən yayınmağa meylli olduğu üçün həkimlər və mütəxəssislər tərəfindən araşdırılır. Bu yeni variantlar “FLiRT” olaraq bilinən mutasiya zəncirinə aiddir və xüsusilə COVİD-19 peyvəndlərinin effektivliyinə təsir edir. Hazırda yeni peyvəndlər bu mutasiyaları hədəfləyir və mütəxəssislər bu variantlara qarşı müdafiəni gücləndirməyə çalışır.

Yoluxmanın qarşısını necə almaq olar?

Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb-asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yayılır. Bu səbəblə, qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb-asqırarkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa, o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Qripin cəmiyyətdə yayılmaması üçün virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Birgə yaşadığınız şəxslərin də yoluxmamaları üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlar isə tez-tez havalandırılmalıdır. 

Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslərə qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Onu da nəzərə çatdıraq ki, dünyada yeni pandemiyanın baş verməsi təhlükəsi müzakirə olunmaqdadır. Son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Disease X” adı altında tanınan naməlum infeksiyaların yaranma ehtimalı vurğulanır. Bu termin pandemiya potensialı olan yeni bir virusun meydana gəlmə ehtimalını ifadə edir. ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus, tarixdə baş verən pandemiyaların təcrübəsinə əsaslanaraq, bu cür xəstəliklərin yarana biləcəyini və buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.

Ekspertlər vurğulayır ki, pandemiyalara hazırlıq üçün qlobal səviyyədə birgə çalışmalara ehtiyac var və müasir pandemiya riski, xüsusilə iqlim dəyişiklikləri, meşələrin məhv edilməsi və beynəlxalq səyahətlərin artması kimi faktorlara görə daha da artır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri