Icma.az
close
up
RU
Əksəriyyət öskürür: Mövsüm dəyişikliyi, yoxsa virus? Araşdırma

Əksəriyyət öskürür: Mövsüm dəyişikliyi, yoxsa virus? Araşdırma

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər havaların soyuq keçməsi nəticəsində qripə yoluxanların sayı artıb. Bu isə əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlığa yol açıb. Bəs insanlar arasında artan bu xəstəlik mövsüm dəyişikliyi ilə bağlıdır, yoxsa həqiqətən virusdur?

Ölkə.Az xəbər verir ki, Lent.az-ın araşdırmasına görə, pandemiya bitsə də, hazırda "Omikron" ştamının mutasiya variantları davam edir. 

Hazırda Almaniyada klinikalarda xeyli COVİD-ə yoluxan xəstələr var. Əksər ölkələrdə buna o qədər də əhəmiyyət verilmir. İnsanlar da bunu ayaqüstü keçirirlər. Ölkəmizdə də bu hallar az deyil. Bundan başqa, əhali arasında rotaviruslar, entereviruslar, qrip infeksiyası geniş yayılıb. Epidemioloji vəziyyətin bu şəkildə qarışıq olması dünyanı narahat edir.

Əsas hədəf kütləsi…

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf  kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Bu qrup xəstələr qripi daha ağır keçirir və qeyd edilən kateqoriyaya aid olan şəxslərin xəstələnməsi səbəbindən ölüm halları da baş verə bilər.

Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma, qarın ağrıları və ishal halları kimi mədə-bağırsaq simptomları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə bir neçə yeni virusun ortaya çıxması və bəzi tanınan virusların mutasiyaya uğraması müşahidə olunur. Məsələn, COVİD-19-un KP.2 və KP.3 kimi yeni subvariantları immunitetdən qismən yayınmağa meylli olduğu üçün həkimlər və mütəxəssislər tərəfindən araşdırılır. Bu yeni variantlar “FLiRT” olaraq bilinən mutasiya zəncirinə aiddir və xüsusilə COVİD-19 peyvəndlərinin effektivliyinə təsir edir. Hazırda yeni peyvəndlər bu mutasiyaları hədəfləyir və mütəxəssislər bu variantlara qarşı müdafiəni gücləndirməyə çalışır.

Yoluxmanın qarşısını necə almaq olar?

Qrip (influenza) virusu damlacıq yoluyla yoluxur. Öskürüb-asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yayılır. Bu səbəblə, qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb-asqırarkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa, o zaman qolları ilə tutmalıdır. Əllərə asqırmaq ən təhlükəlisidir. Əllərə yoluxan virus toxunulan hər yerə yayılır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir. Qripin cəmiyyətdə yayılmaması üçün virusun ən çox yayıldığı xəstəliyin ilk günlərində məktəbə, işə getməyib evdə istirahət edilməlidir. Birgə yaşadığınız şəxslərin də yoluxmamaları üçün əllər tez-tez yuyulmalı, maska ilə ağız və burun tam qapanmalı, otaqlar isə tez-tez havalandırılmalıdır. 

Qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də, risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir. Eyni zamanda bu şəxslərə qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

Onu da nəzərə çatdıraq ki, dünyada yeni pandemiyanın baş verməsi təhlükəsi müzakirə olunmaqdadır. Son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Disease X” adı altında tanınan naməlum infeksiyaların yaranma ehtimalı vurğulanır. Bu termin pandemiya potensialı olan yeni bir virusun meydana gəlmə ehtimalını ifadə edir. ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus, tarixdə baş verən pandemiyaların təcrübəsinə əsaslanaraq, bu cür xəstəliklərin yarana biləcəyini və buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.

Ekspertlər vurğulayır ki, pandemiyalara hazırlıq üçün qlobal səviyyədə birgə çalışmalara ehtiyac var və müasir pandemiya riski, xüsusilə iqlim dəyişiklikləri, meşələrin məhv edilməsi və beynəlxalq səyahətlərin artması kimi faktorlara görə daha da artır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri