Icma.az
close
up
RU
Uşaq öskürür! Nə edim?

Uşaq öskürür! Nə edim?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Əksər hallarda uşaqlarda öskürəyin səbəbi kəskin bronxit olur.

Saglamolun.az bildirir ki, bronxit uşaqlarda ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. 1 il ərzində uşaqlar 3-4 kəskin bronxit keçirdə bilirlər. Bunun səbəbləri çoxdur:

- uşaqların immun sisteminin natamam inkişafı,

- uşaqların bəzi anatomik xüsusiyyətləri (uşaqların bronxları daha qısa və enli olur),

- bağça və məktəb uşaq kollektivlərində müxtəlif infeksiyaların geniş yayılması,

- orqanizmdə infeksiya ocaqların (iltihablaşmış badamcıqlar, adenoidlər, çürük dişlər) olması və s.

- gigiyenik qaydaların pozulmaları (uşaqların əksəriyyəti çirkli barmaqlarını, oyuncaqlarını ağzına salır, çirkli meyvələr yeyirlər və s.).

Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir.

Adətən bronxit kəskin respirator infeksiyası və ya qripp fonunda inkişaf edir. Lakin bir çox hallarda uşaqlarda bronxitin səbəbi allergiya olur.

Bronxitin əsas əlamətləri - öskürək (quru və ya bəlğəmli), zökəm, halsızlıq. Bronxit adətən yüksək hərarətlə müşayiət olunmur. Əgər öskürək uşaqda yüksək hərarətlə müşayiət olunursa, bu uşaqlar üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniyanın (ağ ciyər iltihabı) əlaməti ola bilər.

Xəstəliyin ilk 2-3 gün ərzində öskürək quru və üzücü, daha sonra isə bəlğəmli olur. Bu o deməkdir ki, uşaq sağalmağa doğru gedir. Bəzi valideynlər belə hesab edir ki, quru öskürək daha "yaxşıdır", bəlğəmli isə əksinə "təhlükəlidir". Lakin bu səhv fikirdir. Bronxitin ilk simptomları meydana çıxdıqda uşağı dərhal pediatra göstərmək lazımdır. Müalicə xəstəliyin ilk əlamətlərində başladıqda, xəstəlik daha tez keçir və fəsadlar vermir. Vaxtında və ya düzgün müalicə olunmayan bronxit xroniki formaya keçə bilər, bronxitin fonunda pnevmoniya (ağ ciyər iltihabı) inkişaf edə bilər. Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər.

Bronxitin müalicəsinin əsas qaydaları:

1. Xəstə uşaq daim havası dəyişilən və nəmləndirilən otaqda olmalıdır. Gün ərzində bir neçə dəfə otağın havasını dəyişmək və nəm əsgi ilə bütün səthləri silmək lazımdır. Daim isti və havasız otaqda olan uşaq daha gec sağalacaq. Səbəbsiz olaraq uşağı yataqda saxlamayın. Uzanaq vəziyyət bəlğəmin çıxmasına mane ola bilər.

2. Bronxiti olan uşaq çoxlu miqdarda ilıq maye qəbul etməlidir (adi vaxtlarda olandan 2 dəfə artıq). Maye bəlğəmin durulaşmasına və bronxlardan daha asan çıxmasına kömək edir. Hər bir saatdan bir uşağa maye verin. Bu ot dəmləmələri (çobanyastığı, gülxətmi, xüsusi ot yığınları), çay, kompot, təmiz su ola bilər.

3. Bronxit zamanı bəlğəmi durulaşdıran və bronxlardan xaric edən xüsusi dərmanlar istifadə olunur. Bir çox hallarda uşaqlara bromgeksin, lazolvan, asetilsistein (АЦЦ), ambroksol və s. kimi preparatlar təyin olunur.

4. Bir çox hallarda bronxit zamanı uşaqlara antihistamin prepratlar təyin olunur (klaritin, zirtek və s.).

5. Fizioterapevtik müalicə də çox yaxşı təsir edir. Əsas müalicə ilə yanaşı uşağa həkim tərəfindən inhalyasiyalar, ultrabənövşəyi şüalanma, sinə və bel nahiyəsinə parafin aplikasiyaları, elektroforez və s. təyin oluna bilər.

6. Ev şəraitində xardal kağızlarından ("qorçiçniki") istifadə etmək olar. Bu vasitələrin köməyi ilə iltihab sahəsində qan dövranı yaxşılaşır, ödem azalır, bəlğəm durulaşır.

Lakin bu vasitələr kiçik yaşlı uşaqlarda (3 yaşına kimi) istifadə olunmur. Bundan əlavə  uşaqda hərarətin olması, ürək və dəri xəstəlikləri və zədələnmələri, vərəm xardal kağızların istifadəsi üçün əks-göstəriş sayılır.

5. Bir çox valideynlər fikirləşir ki, bronxit antibakterial preparatların ("antibiotik"lərin) köməyi ilə müalicə olunur. Lakin bu belə deyil. Bronxitin ilk əlamətlərində antbiotiklər təyin olunmur. Bir çox hallarda sadə kəskin bronxit yuxarıda sadaladığımız müalicə vasitələrin köməyi uğurla müalicə olunur.

Antibiotiklər yalnız xəstəlik uzun müddət ərzində müalicəyə tabe olmadıqda, pnevmoniyanın inkişafına ciddi təhlükə yarandıqda (yüksək hərarətin olması, intoksikasiya əlamətləri və s.) uşağa təyin oluna bilər.

6. Xalq təbabəti bronxitlə mübarizədə bu kimi üsullar təqdim edir: qara turpun şirəsi şəkərlə, soğan şirəsi şəkərlə. Bu üsullar yalnız həkimlə məsləhətləşdikdən sonra və yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər. 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri