Icma.az
close
up
RU
Ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışına töhfə verəcək

Ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışına töhfə verəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Zirvə görüşünün keçirilməsi təşəbbüsü Donald Trampın prezidentliyi dövründə ABŞ-dan gəlib. Bu, Özbəkistanın artan geosiyasi və geoiqtisadi əhəmiyyətini vurğulayır.

Bu barədə AZƏRTAC-a müsahibəsində İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti filialının eksperti və “Bilim karvanı” tədqiqat mərkəzinin eksperti Zakir Usmanov ABŞ-Mərkəzi Asiya Zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.

O qeyd edib: “Bu gün Özbəkistan əvvəlki dövrlərdən fərqli olaraq təcrid olunmuş bir bölgə deyil. Əksinə, ölkə bütün sahələrdə dünyaya açılır və bu, qlobal iqtisadiyyat üçün mühüm amilə çevrilir. Özbəkistan ilk Prezidentinin dövründə özünü təmin etməyə yönəlmiş proteksionist siyasət yürütsə də, son illərdə daha açıq siyasətə keçməklə Mərkəzi Asiyanın ən böyük iqtisadi mərkəzlərindən biri kimi ortaya çıxmağa başlayır”.

Ekspertin sözlərinə görə, hazırda Özbəkistan üçün ən aktual məsələlər iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat logistikası və yüksəktexnologiyalı sənaye sahələrinə investisiyaların cəlb edilməsidir. O vurğulayıb ki, ABŞ bu baxımdan yaxşı, xüsusən də informasiya texnologiyaları, enerji, kimya və tekstil sənayesi, avtomobil istehsalı kimi sahələrdə əhəmiyyətli imkanlar təklif edir və Özbəkistanın iqtisadi inkişafı üçün yeni perspektivlər açır.

Özbəkistan ilə ABŞ arasında imzalanan və növbəti on il ərzində qüvvədə olacaq 135 milyard dollarlıq ticarət müqavilələrindən danışan Usmanov bildirib ki, bunlar iqtisadi artıma böyük təkan verəcək: “Özbəkistan mineral ehtiyatların hasilatı və emalı, kimya sənayesi, maşınqayırma, eləcə də kənd təsərrüfatı və bank sektorunu fəal şəkildə inkişaf etdirməyi planlaşdırır. Ən əhəmiyyətli aspektlərdən biri də ölkənin xammal ixracından asılılığının azalmasıdır və bu, yüksəktexnologiyalı emal sənayesinin inkişafı üçün yeni imkanlar açır. Eyni zamanda, Özbəkistanın yeni inkişaf mərhələsinə keçməsinə və məhdud nəqliyyat marşrutlarından asılılığını azaltmasına da şərait yaranacaq”.

Rusiya, Çin və Qərb arasında dəyişən iqtisadi maraqlar balansına gəldikdə, dosent qeyd edib ki, Mərkəzi Asiyada vəziyyət dəyişir. Uzun müddət Rusiya və Sovet İttifaqının təsiri altında olan Özbəkistan hazırda ABŞ və digər qlobal güc mərkəzləri ilə əlaqələrini gücləndirir. Bu, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasını asanlaşdırır və beynəlxalq arenada onun mövqeyinin güclənməsinə imkan verir.

Z.Usmanov daha sonra qeyd edib: “Özbəkistan əvvəlki Prezidentin dövründə olduğu kimi, indi də çoxvektorlu xarici siyasət yürütməyə davam edir. Ölkə müxtəlif qlobal mərkəzlərlə münasibətləri inkişaf etdirir ki, bu da ona siyasi cəhətdən müstəqil qalmağa və qlobal iqtisadi proseslərdə fəal iştirak etməyə imkan verir. Prezident Mirziyoyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında müəyyən etdiyi kursu izləyərək, Özbəkistan geosiyasi mübarizə meydanı olmağa deyil, əksinə, əsas qlobal aktorlar arasında əməkdaşlıq platformasına çevrilməyə çalışır. Bu istək artıq əks-səda doğurur, çünki Çin və ABŞ Özbəkistana fəal şəkildə investisiya qoyur və regionun iqtisadi artımına töhfə verir”.

Özbəkistanın volfram, molibden, litium, qızıl və mis kimi əhəmiyyətli mineral ehtiyatlarına malik olduğunu xatırladan ekspert bildirib ki, bu resurslar Çin və Fransa da daxil olmaqla əsas aktorların da diqqətini cəlb edir. O hesab edir ki, ABŞ-ın bu mineralların işlənməsi layihələrində iştirakı Özbəkistanda mineral ehtiyatların inkişafına və emalına yeni təkan verəcək ki, bu da ölkənin iqtisadi transformasiyasında mühüm amil olacaq.

Z.Usmanov, həmçinin Azərbaycanın enerji mərkəzi və mühüm tranzit mərkəzi kimi rolunu qeyd edib. O, Azərbaycanın son geosiyasi nailiyyətlərinin Mərkəzi Asiya ilə Avropa arasında əsas körpüyə çevrilməsinə imkan verdiyini vurğulayaraq bildirib ki, bu amil nəqliyyat və logistika marşrutlarının təkmilləşdirilməsində, həmçinin bütün regionun investisiya cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

“Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında sənaye əməkdaşlığının inkişafı, habelə Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Azərbaycan isə vacib birləşdirici ölkə qismində ticarət əlaqələrinin yaxşılaşdırılmasına və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışına töhfə verəcək”, - deyə həmsöhbətimiz bildirib.

Özbək ekspert müsahibənin sonunda qeyd edib ki, Özbəkistan üçün ABŞ ilə investisiya və ticarət sahələrində yaranan imkanlar, həmçinin Azərbaycanın geosiyasi rolu ölkəyə iqtisadi və texnoloji transformasiyanın yeni mərhələsinə qədəm qoymaq üçün unikal bir fürsət yaradır. Bu proseslər Özbəkistanın və bütün regionun gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri