Ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin tranzit potensialını gücləndirəcək
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Zəngəzur dəhlizi - bölgənin ölkələri - Mərkəzi Asiya və Cənubi Qafqaz üçün öz tranzit potensialını reallaşdırmaq üçün əla imkandır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Nərgiz Umarova bildirib.
"Zəngəzur dəhlizi Orta Dəhlizin ötürmə qabiliyyətini genişləndirəcək. Hazırda Bakı-Tbilisi-Qars dəmir yoluna və Xəzər və Qara dəniz limanlarına böyük yük düşür. Yeni marşrut yük axınlarının yenidən bölüşdürülməsinə imkan verəcək və Orta Dəhliz boyunca yerləşən ölkələr böyük həcmdə tranzit cəlb edə biləcəklər", - o, "Report"un sualını cavablandırarkən bildirib.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi marşrutu 300 kilometrdən çox qısaltmağa imkan verir:
"Nəqliyyat sahəsinin mütəxəssisləri üçün bu sadəcə rəqəmlər deyil, yük daşımalarının vaxtını və dəyərini azaltmaq üçün böyük imkandır".
N.Umarova qeyd edib ki, Mərkəzi Asiya ölkələri arasında Zəngəzur dəhlizinin açılmasına dəstəyini yüksək səviyyədə ilk bəyan edən Özbəkistan olub, "çünki bu, ilk növbədə, ölkəmizin geoiqtisadi maraqları ilə bağlıdır".
Onun sözlərinə görə, Özbəkistan çətin vəziyyətdədir, hətta qitədaxili Xəzər dənizinə belə çıxışı yoxdur, açıq dənizlərə çıxışdan isə danışmağa dəyməz:
"Buna görə də Özbəkistan üçün prinsipial məsələ yüklərin perspektivli bazarlara, ilk növbədə, Avropa İttifaqına çatdırılma müddətinin qısaldılmasıdır. Zəngəzur dəhlizi belə bir imkan açır".
Ekspert vurğulayıb ki, yüklərin çatdırılma müddətinin qısaldılması ölkə üçün strateji əhəmiyyətli məsələdir.
"Bu, Özbəkistanın 2030-cu ilə qədər nəqliyyat sahəsinin inkişaf konsepsiyasında əks olunub. Bu konsepsiyada tranzit potensialının üzə çıxarılması, respublika ərazisindən tranzit daşımalarının ikiqat artırılması və logistika xərclərinin azaldılması hədəf kimi qoyulub. Buna görə də Özbəkistanın Zəngəzur dəhlizinin açılması təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olması təəccüblü deyil. Özü də bunu açıq şəkildə - konsultativ görüşləri, ŞƏT və Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində dəstəkləyib. Bütün bu platformalarda Özbəkistan daim Zəngəzur dəhlizinin açılmasının lehinə mövqe bildirir", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















