Icma.az
close
up
RU
Menu

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

MY nin ulduzu “Çelsi”yə keçir

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

Ekspert: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə logistika sahəsində əməkdaşlığı eyni vaxtda bir neçə istiqaməti əhatə edir

Ekspert: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə logistika sahəsində əməkdaşlığı eyni vaxtda bir neçə istiqaməti əhatə edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC iqtisadiyyat və nəqliyyat üzrə tacikistanlı ekspert, Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakovanın müsahibəsini təqdim edir.

- Bu gün Orta Dəhlizi getdikcə daha çox “gələcəyin yolu” adlandırırlar. Siz 5-10 ildən sonra bu marşrutu necə görürsünüz?

- Bəli, həqiqətən Orta Dəhliz getdikcə daha çox müzakirə olunur və bu, heç də təsadüfi deyil. Bu, təbii ki, böyük potensiala malik marşrutdur. Amma bu gün biz bunu daha çox şimal və cənub istiqamətlərinə alternativ kimi qəbul edirik. Onun 5-10 ildən sonra həqiqətən də “gələcəyin yolu”na çevrilməsi üçün hələ çox iş görülməlidir.

İlk növbədə, dəhliz şəffaf və biznes üçün proqnozlaşdırıla bilən olmalıdır. Onun infrastrukturu artan ixrac yüklərinin həcminə uyğun olmalıdır, gördüyümüz kimi, onlar da ildən-ilə artır. Həmçinin preferensiyalar sisteminin - ixracatçılar üçün stimulların yaradılması son dərəcə vacibdir ki, onların bu marşrutdan istifadə etməsi sərfəli və rahat olsun. Bu, ya sürətləndirilmiş rəsmiləşdirmə, ya da çevik tariflər və ya logistika rahatlıqları ola bilər. Məqsədimiz Orta Dəhlizi təkcə alternativə deyil, həm də həqiqətən rəqabətədavamlı və cəlbedici marşruta çevirməkdir. Əminəm ki, düzgün yanaşma ilə onun əla gələcəyi var.

- Bu marşrutu Şimal və Cənub dəhlizləri ilə müqayisə etsək, onun əsas üstünlüyü nədən ibarətdir və zəif cəhətləri nələrdir?

- Orta Dəhlizin əsas üstünlüyü onun multimodal olmasıdır. Burada bir neçə nəqliyyat növü - dəmir yolu, avtomobil yolu və dəniz marşrutu effektiv şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bu, çeviklik yaradır və müxtəlif logistika tapşırıqlarına tez uyğunlaşmağa imkan verir. Üstəlik, mühüm strateji üstünlük eyni anda iki dənizə çıxışdır. Söhbət Avropaya gedən marşrutdan gedirsə, o zaman Qara dəniz Xəzər dənizinə əlavə olunur ki, bu da marşrutlaşma və manevr üçün əlavə imkanlar yaradır.

Amma təbii ki, çətinliklər də var. Əvvəla, bu, Xəzər dənizinin özüdür. O, həmişə nəqliyyat qabiliyyətli deyil: ilin müəyyən aylarında hava şəraiti gəmilərin sabit hərəkətinə mane olur. Bundan əlavə, marşrut bir neçə ölkədən keçir ki, bu da müxtəlif qaydalar, gömrük prosedurları, inzibati maneələr deməkdir.

Bundan əlavə, xüsusilə ixrac yüklərinin həcminin artımını nəzərə alsaq, bərə xidmətləri hələ kifayət deyil. Bununla belə, düzgün investisiyalar və iştirakçı ölkələr arasında koordinasiya ilə bunlar kifayət qədər həlli mümkün olan problemlərdir.

- Xəzər dənizi və bərə marşrutları Orta Dəhlizin səmərəliliyində hansı rol oynayır?

- Xəzər dənizi Orta Dəhlizin fəaliyyətində əsas rol oynayır. Bu, region ölkələri arasında marşrutun hissələrini birləşdirən zəncirin mühüm halqasıdır. Ancaq təəssüf ki, bərə xidməti bu gün zəif nöqtələrdən biri olaraq qalır.

Yük maşını sürücüləri malları yükləmək üçün bir neçə gün növbə gözləməli olurlar. Bu, marşrutun ümumi səmərəliliyini azaldır və logistikanı daha az proqnozlaşdırıla bilən edir. Eyni zamanda, bir qayda olaraq, dəmir yolu nəqliyyatına üstünlük verilir, halbuki, kiçik və orta biznesin fəal şəkildə istifadə etdiyi avtomobil nəqliyyatı ikinci dərəcəli rola malikdir.

Hətta Xəzər dənizinin dayazlaşması şəraitində belə səmərəli fəaliyyət göstərə bilən yeni, o cümlədən düz dibli gəmilərin tikintisi, rəqəmsal həllərin işlənib hazırlanması lazımdır ki, nəqliyyat vasitələri bərələrdə yerləri əvvəlcədən bron edə bilsin və dəqiq yola düşmə vaxtını bilsin. Bu, yükü azaldacaq, dayanma müddətini minimuma endirəcək və marşrutun proqnozlaşdırılmasını artıracaq.

- Orta Dəhlizin uğuru üçün iştirakçı ölkələr (Azərbaycan, Qazaxıstan, Gürcüstan və sairə) arasında koordinasiya nə dərəcədə vacibdir? Çin və ya Avropa yüklərinin daha çox həcmdə cəlb edilməsi perspektivləri varmı?

- İştirakçı ölkələr arasında koordinasiya Orta Dəhlizin uğurlu fəaliyyətində əsas elementdir. Tənzimləyicilər, gömrük orqanları, nəqliyyat idarələri səviyyəsində əlaqələndirilmiş sıx qarşılıqlı fəaliyyət olmadan marşrutun sabitliyi və səmərəliliyindən danışmaq çətindir.

Biz avtomobil daşıyıcıları olaraq, bütün dəhliz boyu tranzit məsələlərini tənzimləyən vahid əlaqələndirmə şurasının yaradılmasını təklif edirik. Nümunə olaraq, Azərbaycan Respublikasının Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasını götürə bilərik. Bu uğurlu model bütün marşrut üzrə genişləndirilə bilər.

Bu gün əsas problemlərdən biri ölkələrin hər birində səyahət üçün “icazə” sistemidir. Xüsusilə Mərkəzi Asiyadan Avropaya avtomobil daşımaları üzrə bütün lazımi sənədləri əldə etmək asan məsələ deyil. Gecikmələr, inzibati maneələr, lazımsız bürokratiya yaranır. Məsələn, Gürcüstan bu yaxınlarda Avropa tranzit sisteminə qoşulub və indi sürücülər əlavə olaraq Avropa tranzit bəyannaməsini doldurmalıdırlar. Bu, malların hərəkətini ləngidən başqa bir “dar məkan”dır.

Perspektivlərə gəlincə, onlar mövcuddur və kifayət qədər böyükdür. Bu gün Çin yükləri Orta Dəhliz üzrə Avropaya, əsasən dəmir yolu ilə aktiv şəkildə daşınır. Biz Mərkəzi Asiya ölkələrinin, xüsusən də avtomobil nəqliyyatı sahəsində iştirakının genişləndirilməsi üçün böyük potensial görürük. Lakin burada bir nüans var: Mərkəzi Asiya ölkələri (Qazaxıstan istisna olmaqla) hələ TITR assosiasiyasının üzvü deyil. Müvafiq olaraq, onlar onun üzvlərinə verilən üstünlüklərdən və imtiyazlardan istifadə edə bilməzlər.

Əgər biz həm Çindən, həm də Avropadan daha çox yük cəlb etmək niyyəti daşıyırıqsa, infrastrukturu inkişaf etdirmək, inzibati maneələri aradan qaldırmaq və bütün iştirakçılar üçün bərabər şəraiti təmin etmək lazımdır. Orta Dəhlizi ancaq bu yolla əsl rəqabətqabiliyyətli marşruta çevirmək mümkündür.

- Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında logistika sahəsində qarşılıqlı fəaliyyətin səviyyəsini necə qiymətləndirirsiniz? Nəqliyyat xidmətlərinin hansı seqmentlərində əməkdaşlıq daha fəal inkişaf edir?

- Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə logistika sahəsində qarşılıqlı fəaliyyəti dinamik inkişaf edir və eyni vaxtda bir neçə istiqaməti əhatə edir. İlk növbədə, bunlar ixrac-idxal əməliyyatları, həmçinin hər il durmadan artan yük tranzitidir.

Nəqliyyat növləri haqqında danışarkən, həm avtomobil, həm də dəmir yolu daşımaları fəal inkişaf edir. Xüsusən, Orta Dəhliz çərçivəsində Xəzər vasitəsilə dəniz yolu ilə daşımalar mühüm rol oynayır. Burada praktiki olaraq, bütün nəqliyyat növləri iştirak edir və onların inteqrasiyası getdikcə daha çox əlaqələndirilir.

Azərbaycan bu marşrutda əsas rol oynayır: coğrafi cəhətdən onun mövqeyi elədir ki, Orta Dəhliz boyunca bu ölkədən yan keçmək mümkün deyil. Bu, təbii logistika qovşağıdır, Mərkəzi Asiya, Qafqaz və daha sonra Avropa arasında bütün tranzit axını böyük ölçüdə onun səmərəliliyindən asılıdır.

Ona görə də Azərbaycan ərazisi vasitəsilə tranzit üçün rahat şəraitin yaradılması, infrastrukturun təkmilləşdirilməsi, proseslərin rəqəmsallaşdırılması və təchizat zəncirinin bütün iştirakçıları üçün proqnozlaşdırılmanın təmin edilməsi son dərəcə vacibdir. Bu, daşımaların həcminin daha da artmasına və regionda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

- Azərbaycan tranzit habı qismində regionun nəqliyyat siyasətində hansı rol oynayır? Bu gün Mərkəzi Asiya ilə hansı birgə infrastruktur layihələri daha perspektivlidir?

- Azərbaycan regionun nəqliyyat siyasətində strateji rol oynayır. Ölkənin coğrafi mövqeyi onu Orta Dəhlizdə əsas tranzit qovşağına çevirir. Faktiki olaraq, Azərbaycan ərazisindən keçmədən Mərkəzi Asiya ilə Avropa arasında tammiqyaslı tranzit mümkün deyil. Bu, ölkəyə xüsusi əhəmiyyət verir və eyni zamanda, onun üçün böyük məsuliyyət deməkdir.

Mərkəzi Asiya ilə birgə infrastruktur layihələrinə gəlincə, prioritetlərdən biri həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində paylayıcı logistika hablarının yaradılması olmalıdır. Belə hablar yüklərin konsolidasiyası, nəqliyyat növləri arasında daşınması, həmçinin tranzit axınlarının emalı və rəsmiləşdirilməsi üçün mərkəzlərə çevrilə bilər. Bu, çatdırılmanın sürətini, rahatlığını və iqtisadi səmərəliliyini artıracaq.

Sadələşdirilmiş və ya ideal halda icazəsiz tranzit rejimi ideyasının, xüsusən də avtomobil daşıyıcıları üçün təşviq edilməsi də son dərəcə vacibdir. Bu gün hər bir ölkədən keçmək üçün icazələrin alınması sistemi ciddi maneələr yaradır. Bu sistemdən imtina etmək və ya ən azı onu optimallaşdırmaq marşrut boyunca hərəkəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq bir addımdır.

Beləliklə, infrastrukturun birgə inkişafı və inzibati maneələrin aradan qaldırılması Azərbaycanın və bütün Orta Dəhlizin tranzit potensialının tam reallaşdırılmasına imkan verəcək iki əsas istiqamətdir.

- Azərbaycan və Tacikistanın digər Orta Asiya ölkələri ilə müqayisədə logistika sahəsində qarşılıqlı əlaqəsi hansı xüsusiyyətlərə malikdir? Hazırda Azərbaycan-Tacikistan marşrutu ilə və əks istiqamətdə daşınan əsas yüklər hansılardır?

- Azərbaycan ilə Tacikistan arasında logistika və ticarət sahələrində qarşılıqlı fəaliyyət davamlı şəkildə inkişaf edir. Ölkələrin coğrafi baxımdan ümumi sərhədi olmamasına baxmayaraq, onlar arasında aktiv xarici iqtisadi fəaliyyətə imkan verən etibarlı logistika zəncirləri qurulub.

Bu münasibətlərin xüsusi cəhəti güclü qanunvericilik bazasıdır - ölkələrimiz arasında biznesin inkişafı, ixrac və idxal üçün hər cür şərait yaradılıb. Bunun sayəsində ticarət dövriyyəsi getdikcə artır, əməkdaşlıq dərinləşir.

Ticarətin əsas istiqamətləri sənaye məhsulları, kənd təsərrüfatı klasterləri və xammaldır. Xüsusən, alüminium istehsalında istifadə olunan xammal Azərbaycandan Tacikistana tədarük olunur. Əks istiqamətdə pambıq, alüminium məhsulları, quru meyvələr və digər kənd təsərrüfatı məhsulları kimi mallar gedir. Bəlkə də nomenklatura hələ çox geniş deyil, amma daim dərinləşir.

Onu da vurğulamaq vacibdir ki, bu qarşılıqlı fəaliyyətin inkişafı daha çox iqtisadi tərəfdaşlığı ardıcıl şəkildə gücləndirən iki dövlət başçısının müdrik və dost siyasəti ilə bağlıdır. Ona görə də ticarət dövriyyəsinin artımı üçün böyük potensialdan və bununla yanaşı, bütün nəqliyyat növləri ilə daşımaların inkişafından əminliklə danışmaq olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

28 Avqust 2025 09:03see1102

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see255

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

28 Avqust 2025 13:12see223

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

28 Avqust 2025 07:31see194

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see167

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see147

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see141

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see136

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see135

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

27 Avqust 2025 13:55see130

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see129

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see129

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see125

MY nin ulduzu “Çelsi”yə keçir

28 Avqust 2025 06:02see125

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see123

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

28 Avqust 2025 08:52see122

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

27 Avqust 2025 19:22see119

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

27 Avqust 2025 15:44see119

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

28 Avqust 2025 02:16see118

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

27 Avqust 2025 16:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri