Icma.az
close
up
RU
Qazaxıstanlı ekspert Azərbaycanın Mərkəzi Asiya ilə sıx münasibətlərindən danışıb

Qazaxıstanlı ekspert Azərbaycanın Mərkəzi Asiya ilə sıx münasibətlərindən danışıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 18 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi regionda iqtisadi və mədəni əlaqələrin dərinləşməsinin məntiqi nəticəsi idi. Maqsut Narikbayev Universitetinin Qlobal və Regional İdarəetmə Mərkəzinin (CEGREG) professoru və direktoru İkboljon Koraboyev AZƏRTAC-a müsahibəsində bu qərara səbəb olan amillər və genişləndirilmiş əməkdaşlıq formatının perspektivləri barədə danışıb.

- Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə rəsmi olaraq qəbul edilməsinə səbəb olan ilkin şərtlər və şərait nədən ibarətdir?

- Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə rəsmi olaraq daxil edilməsi həm maddi, həm də mədəni ilkin şərtlərə əsaslanan tədrici prosesin məntiqi nəticəsi idi. Ölkə 2023 və 2024-cü illərdə keçirilən görüşlərdə iştirak edib və 2025-ci ilin noyabr ayında rəsmi olaraq bu formata qoşulmaq qərarı verilib.

Bu prosesin maddi əsası regionun ortaq gündəliyi - nəqliyyat əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatların modernləşdirilməsi, qlobal siyasi və texnoloji transformasiyalara uyğunlaşmaq ilə bağlıdır. Bütün dövlətlər eyni vaxtda iqtisadiyyatlarını şaxələndirməli və xarici dünya ilə qarşılıqlı əlaqə kanallarını genişləndirməlidir. Onların bu sahədəki maraqları üst-üstə düşür və bir-birini tamamlayır.

- Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə hansı amillər təsir göstərir?

- Vəziyyət həm Mərkəzi Asiya, həm də Azərbaycanın daxili regional problemlərinin əhəmiyyətli bir hissəsini həll edə bilməsi ilə yüngülləşir. Mərkəzi Asiya əsas sərhəd məsələlərini həll edib, hidrosiyasət, ticarət, sənaye, təhsil sahələrində əməkdaşlığı gücləndirib, həmçinin qarşılıqlı ticarət və turizm inkişaf edir. Azərbaycan isə ərazi bütövlüyünü bərpa edib, Ermənistanla sülh prosesində irəliləyib və əsas xarici tərəfdaşlarla münasibətlərini gücləndirib.

Bu müsbət dəyişikliklər genişlənmiş praktik əməkdaşlığa gətirib çıxarıb. Orta Dəhliz, Yaşıl Dəhliz, rəqəmsal infrastrukturun yaradılması, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti və digər layihələrin inkişafı çərçivəsində əlaqələr güclənib. Bununla yanaşı, ikitərəfli əlaqələr də intensivləşib, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında məsləhətləşmələr mütəmadi xarakter alıb.

- Mədəni və dil amilləri Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin genişlənməsinə hansı töhfələri verir?

- Mədəni və dil yaxınlığı, eləcə də oxşar xarici siyasət məqsədləri bu məsələdə mühüm rol oynayır. Ölkələr bir-birini gücləndirir, habelə Çin, Aİ, ABŞ, Rusiya və digər vacib tərəfdaşlarla konstruktiv dialoq üçün əlavə imkanlar yaranır. Burada regional və qlobal idarəetmə məsələlərində ortaq ehtiyacları, maraqları və baxışları bölüşən dövlətlər arasında sürətli və məqsədyönlü yaxınlaşma proseslərinin birləşməsini görürük. Əhəmiyyətli olan odur ki, bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib və beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğundur. Bu, müsbət sinerji yaradır.

Bu yaxınlaşma iqtisadi artımı təşviq edir, riskləri azaltdır və regional proqnozlaşdırılma qabiliyyətini gücləndirir, nəticədə xarici tərəfdaşlara da fayda gətirir. Gələcəyə baxdıqda, genişləndirilmiş əməkdaşlıq formatı nəqliyyat əlaqələrinin gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması, texnologiya transferi və regionun qlobal proseslərə inteqrasiyası şəklində əlavə dəyər yaratmağa davam edəcək.

- Genişləndirilmiş əməkdaşlıq formatını qarşıdakı illərdə hansı perspektivlər gözləyir?

- Məşvərət Görüşünün çevik təbiəti Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq arxitekturasına inteqrasiyasında əsas rol oynayıb. Bu çeviklik, ehtimal ki, ardıcıl olacaq, format növbəti 5-10 il ərzində inkişaf edəcək, amma bunlar sərt institusionallaşma olmadan baş verəcək. Onun davamlılığı və effektivliyi region ölkələrinin mədəni, siyasi və ideoloji yaxınlığı ilə təmin edilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri