Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

SSRİ-nin süqutundan sonra, Azərbaycanla paralel olaraq Mərkəzi Asiya dövlətləri də suverenliklərini elan etdi. İstər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəmizin regionu əhatə edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan kimi dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələri olduqca geniş və çoxşaxəli olub.

Azərbaycanı bu ölkələrlə həm dil, həm də din faktoru bağlamaqdadır. Tacikistan istisna olmaqla, Mərkəzi Asiyada yerləşən 4 dövlət Azərbaycanla eyni milli kökə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu baxımdan, son bir ildə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq formatları yaxşı perspektivlər vəd edir. 

Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaş olaraq qəbul olunur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycan hazırda Orta dəhlizin açar ölkəsi hesab edilir:

 “Azərbaycan hazırda Orta dəhlizin açar ölkəsi hesab edilir. Uzun illər Azərbaycan öz logistik imkanlarını inkişaf etdirmək üçün öz gücü hesabına bu infrastrukturu əlverişli və müasir dövrün tələblərinə cavab verəcək şəraitdə qura bildi. Eyni zamanda Türkiyə ilə birlikdə Orta Asiyada yerləşən türkdilli dövlətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birinə sıx şəkildə bağlanması da, nəticə etibarı ilə, Azərbaycanı regionda əhəmiyyətli ölkəyə çevirməkdədir. 

Bununla yanaşı, Çin və Azərbaycan strateji müttəfiqliyinin hərtərəfli müttəfiqliyə çevrilməsi və Azərbaycanın “bir kəmər, bir yol” layihəsini dəstəkləməsi iki ölkə münasibətlərinə ciddi töhfə verir. Bir sözlə, Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət ölkəmizi sadiq tərəfdaşa çevirə bildi. Bu baxımdan, təkcə Çin və Orta Asiyada yerləşən türkdilli dövlətlərlə deyil, Tacikistanla da çoxşaxəli münasibətlər qurulur. 

Tacikistanın Azərbaycan vasitəsi ilə öz məhsullarını xarici bazarlara çıxarması və sovet dövründən bəri 2 ölkənin ənənəvi münasibətlərinin inkişaf etdiriməsi üçün bir çox sahələrdə uğurlu nəticələr əldə edilib. Tacikistanın ağır dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən, bu ölkəyə dəstək verilmişdi. Hazırda isə cənab prezident tərəfindən Tacikistana sərmayelərin qoyulması üçün xeyli dəstək verilir. Azərbaycanın keçmişdə və indi göstərdiyi dəstək tacik xalqı tərəfindən unudulmur. İki ölkə arasında münasibətlərin perspektivi xeyli yüksəkdir”. 

Millət vəkili qeyd edib ki, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri Orta Asiyaya çox böyük maraq göstərirlər:

“Göründüyü kimi, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri Orta Asiyaya çox böyük maraq göstərirlər. Biz artıq bunu uzun illər öncədən başlamışıq. Mən düşünürəm ki, Türk Dövlətləri Təşkilatının inkişaf etməsi, güclənməsi Azərbaycanın və Türkiyənin dəstəyi ilə təmin edilə biləcəkdir. 

Mərkəzi Asiya ölkələri 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini tam formada dəstəklədi. Azərbaycanın vətən savaşından sonra regionda yaratdığı reallıq istər dostlarımız, istərsə də bizi istəməyən güclər tərəfindən artıq qəbul edilir. Bu isə Azərbaycana olan marağı daha da artırır. Hazırda dünya nizamının yenidən formalaşdığı bir dövrdə, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət, yaxın onilliklərdə daha yaxşı nəticə verəcək. Həyata keçirdiyimiz layihələr təkcə bu gün üçün deyil, gələcək hədəflərə doğru istiqamətlənib”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri