Icma.az
close
up
RU
Ekspert: COP29da iştirak etməməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurur

Ekspert: COP29da iştirak etməməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanı ən çox çirkləndirən ölkələr istixana qazı emissiyaları ilə iqlim dəyişikliyinə ən çox səbəb olan ölkələrdir. Sənayeləri inkişaf etmiş ölkələr kimi önə çıxan bu dövlətlərin bəzisi bu gün Azərbaycanda təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmamağı seçib. Həqiqətən də, Fransanın COP29-a qatılmaması tarixi və müasir ətraf mühit məsuliyyətləri baxımından ciddi ziddiyyət yaradır. Bir tərəfdən Paris Sazişinə ev sahibliyi edərək iqlim problemləri ilə mübarizədə liderlik iddiası ortaya qoyan Fransa, digər tərəfdən keçmişdə həyata keçirdiyi nüvə sınaqları və dənizaşırı (DOM-TOM) bölgələrdə apardığı neokolonyal fəaliyyətlərin yaratdığı ətraf mühit çirklənməsi faktı ilə üzləşməkdən qaçır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun Afrika bölgəsi üzrə tədqiqatçısı Tunç Demirtaş bildirib.

Fransanın Afrikada və digər keçmiş müstəmləkələrində davam etdirməyə çalışdığı iqtisadi hegemoniyasının iqlim ədaləti ilə açıq ziddiyyət təşkil etdiyini vurğulayan ekspert bildirib ki, qlobal Cənub iqlim dəyişikliyindən ən çox təsirlənən tərəfdir. Bu yükün böyük hissəsi isə tarixən emissiya məsuliyyəti daşıyan Fransa kimi ölkələrə aiddir. “COP29 kimi platformalara qatılmayaraq həm bu həqiqətlərdən qaçmaq, həm də iqtisadi və siyasi hesablarla məsuliyyətlərindən yayınmaq cəhdi Fransanın beynəlxalq iqlim mübarizəsindəki nüfuzuna zərbə vurur. Fransanın bu mövqeyi beynəlxalq cəmiyyətdə ona qarşı ciddi etimad itkisinin yaranmasına səbəb olacaq. Belə ki, qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin diqqət mərkəzində olan ən mühüm, hətta təhlükəsizlik baxımından ən vacib məsələdir”, - deyə ekspert əlavə edib.

“Azərbaycanın belə bir toplantıya ev sahibliyi etməsi olduqca mühüm hadisədir. BMT-nin Baş Assambleyasına üzv dövlətlərin yarısından çoxu bu tədbirdə təmsil olunur. Bu cür genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəlməsi isə Azərbaycanın qlobal məsələlərin həllində artan rolunu və beynəlxalq problemlərə töhfə vermək həssaslığını nümayiş etdirir. Azərbaycan bununla həm qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə inamını ifadə edir, həm də regional və qlobal səviyyədə ətraf mühut siyasətinin gücləndirilməsinə, inkişafına imkan yaradır. Təbii ki, burada Türk Dövlətləri Təşkilatının (TDT) mühüm ölkələrindən olan Azərbaycanın COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsinin təşkilat üçün də əhəmiyyətini vurğulamaq lazımdır. Çünki TDT-nin əsas əməkdaşlıq istiqamətlərindən biri də ətraf mühit və ekologiya ilə bağlıdır. Bu baxımdan beynəlxalq əlaqələr qurmaq istəyən Türk dövlətləri Azərbaycanın bu nümunəsindən faydalana bilərlər”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri