Icma.az
close
up
RU
Ekspert: Dəm qazından qorunmağın ən düzgün yolu...

Ekspert: Dəm qazından qorunmağın ən düzgün yolu...

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki şəhərində yaşayan Abdullayevlər ailəsinin üç üzvü dəm qazından zəhərlənib.

Bu barədə AZƏRTAC-ın əməkdaşına Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsindən məlumat verilib.

Bildirilib ki, Şəki şəhər sakinləri 45 yaşlı Rasimə Abdullayeva, 29 yaşlı Murad Abdullayev və 2 yaşlı Fatimə Abdullayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Ailə üzvlərinə bütün tibbi müdaxilələr edilib və həyatı təhlükələri aradan qaldırılıb. Səhər saatlarında Abdullayevlər ailəsi ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunur:


“Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Buna görə də ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir. Mövcud qaydaların tələblərinə görə, qazla işləyən isidici qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır. Vanna otaqlarında yalnız elektrik su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq qazla işləyən su qızdırıcıların istismarı zamanı həmin otaqda mütləq münbit şərait olmalıdır. Yəni havalandırma təşkil edilməlidir. Həmçinin vanna otaqlarında tüstü bacaların təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum iki metrdən daha yuxarı olmalıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda mətbəxlərdə pəncərələr ləğv olunur və yaxud daşla hörülür. Amma qaz cihazları, qaz qurğuları yerləşən otaqlarda bunlar yolverilməzdir". 


Ekspert qeyd edib ki, dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorları hesab olunur:

"Qaz  dektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orada bu detektorların quraşdırılması ilə məşğul olan lisenziyalaşmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrində satış yerlərində qaz detektorlarından alıb istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu da havalandırmanın təşkil olunmasıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri