Həyatımızın ən yorucu 10 ili hansıdır? Alimlər hesabladı
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər həyatımızın ən yorucu onilliyini müəyyən edib.
Alimlər 40 + yaşların niyə həyatın ən yorucu dövrü ola biləcəyini, həmçinin yaşla bağlı psixoloji amillərin bu yorğunluğa necə təsir etdiyini araşdırıblar.
Medicina.az xəbər verir ki, həyatın ən çətin və yorucu dövrü əvvəllər düşünüldüyü kimi yeniyetməlik illəri və ya çılğın gənclik deyil, 40 yaşdan sonrakı onillik ola bilər. Məhz bu dövrdə insan tez-tez yaşla bağlı fiziki dəyişikliklər, artan peşəkar təzyiq və ailə öhdəliklərinin eyni vaxtda üst-üstə düşməsi ilə üzləşir.
Bu barədə Polşanın "Onet" nəşri Böyük Britaniyadakı Bristol Universitetinin anatomiya professoru Mişel Spirin (Michelle Spear) məlumat verib.
Əslində həyatın hər onilliyinin öz çətinlikləri var.
40 yaşdan sonra insanın fiziki imkanları ilə gündəlik həyatın artan tələbləri arasında uçurum yarana bilər. Enerji səviyyəsindəki dəyişikliklər, peşəkar və ailə öhdəlikləri ilə birləşərək, dərin bir yorğunluq hissinə səbəb ola bilər.
Bir çoxları hesab edir ki, ən yorucu dövr yeniyetməlik illəridir (bədəndəki sürətli hormonal dəyişikliklər, məktəblə bağlı stress və ilk romantik təcrübələr səbəbindən) və ya dünyada öz yerini tapmağa çalışılan 20-li yaşlardır. Digərləri isə 30-lu yaşları qeyd edirlər; bu dövr tez-tez qocalma qorxusunun başlaması, alkoqolun təsirinin (hangovers) daha uzun çəkməsi və bel ağrılarının ilk dəfə ortaya çıxması ilə xarakterizə olunur. Lakin elmi araşdırmalar göstərir ki, əslində ən çətin dövr bu onilliklərin heç biri deyil.
Böyük Britaniyadakı Bristol Universitetinin anatomiya üzrə mütəxəssisi, professor Mişel Spirin fikrincə, insanın qırxlı yaşları həyatın ən yorucu dövrü ola bilər.
O, bunu belə izah edib ki, bu dövrdə "biologiya ilə gündəlik həyatın tələbləri arasında uyğunsuzluq" yaranır və bu da yorğunluq hissinə səbəb olur.
20 yaşlarda əzələlər daha tez bərpa olunur, iltihabi reaksiyalar qısa çəkir, hüceyrə səviyyəsində enerji istehsalı daha səmərəli olur. 40 yaşdan sonra bərpa prosesi xeyli uzun çəkə bilər ki, bu da gündəlik işlərin öhdəsindən gəlməyi daha da ağırlaşdırır.
Eyni zamanda, iş və ailə öhdəlikləri çox vaxt daha çox səy tələb etməyə başlayır. Bir çox insan daha böyük məsuliyyət tələb edən vəzifələrdə çalışır; bu isə daha yüksək stress səviyyəsi və artan gözləntilər deməkdir. Ailə həyatında isə otuzlu yaşlarında valideyn olanlar bu dövrdə uşaq böyütməklə bağlı çətinliklərlə üzləşə bilərlər.
Bununla belə, bu dövr mütləq şəkildə daimi yorğunluq demək deyil. İnsan yaşa dolduqca şərait və gündəlik öhdəliklər dəyişir, orqanizm adaptasiya olmağa başlayır.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Noyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















