Icma.az
close
up
RU
Ekspert internet bazarındakı əsas problemi açıqladı

Ekspert internet bazarındakı əsas problemi açıqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda internet xidmətlərinin həcmi 455 milyon manat təşkil edib və illik müqayisədə 21,3 faiz artıb. 
Bəs internet xidmətlərindən əldə olunan gəlirlərin artmasının əsas səbəbləri nələrdir və bu tendensiya gələcəkdə internet qiymətlərinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, gəlirlərin artımı, birbaşa olaraq, 25 manatlıq aylıq ödənişin müəyyən olunması ilə bağlıdır.
Onun sözlərinə görə, bununla yanaşı, müəyyən artım mobil internet qiymətlərində və xidmətlərində də müşahidə olunub:
“Əlbəttə, bunların hamısı birbaşa olaraq bu sahədə ümumi gəlirlərin artmasına gətirib çıxarır.
Amma bu o demək deyil ki, gəlirlərin artmasına birbaşa təsir etmək üçün qiymətlər artırılıb. Yəni qiymətlərin artımı ilk növbədə onunla bağlıdır ki, Azərbaycanda internet sürətinin, orta internet sürətinin artırılması ilə bağlı addımlar atılır. 
Son illər beynəlxalq reytinqlərdə bu istiqamətdə çox irəliləmişik. Bu da birbaşa onunla bağlıdır ki, Azərbaycanda həm mobil internetin sürəti artıb, həm də stasionar, yəni genişzolaqlı stasionar internetin sürəti artıb. Yəni evlərdə istifadə etdiyimiz internetin sürətindən söhbət gedir.
Amma bu sürətin artımını təmin etmək üçün, əlbəttə ki, daha sürətli internet tələb olunur. Bu xidmətlər də artırılmaqdadır. Mən belə proqnozlaşdırıram ki, ola bilsin, yaxın müddətdə... Bizdə indi orta hesabla internet sürəti 100 Mbit/s təşkil edirsə, ümid edirəm ki, yaxın perspektivdə bu sürət 150 Mbit/s-yə qədər artmalıdır. Yəni orta sürət Azərbaycanda minimum 150 Mbit/s-yə qədər yüksəlməlidir.
Bununla yanaşı, bəzi internet provayderləri ödənilən xidmətdən daha yüksək sürətli internet verirlər. Bəzi istifadəçilər 100 Mbit/s internet üçün 25 manat ödəsələr də, ümumilikdə 150, 200, 250, hətta mənim bildiyim konkret faktlar var ki, 300–400 Mbit/s-yə qədər internet ala bilirlər. Baxmayaraq ki, müştəri yalnız 100 Mbit/s paketinin qiymətini ödəyir.
Amma başqa hallarda bəzi internet provayderlərinin avadanlıqları hətta 100 Mbit/s və ondan daha yüksək sürəti təmin etmək üçün yararlı deyil. Bu da birbaşa problem yaradır. İstifadəçi 100 Mbit/s internet üçün ödəniş edir, amma bunun müqabilində müqavilədə nəzərdə tutulan xidməti yetərincə almır. Bu da müəyyən mənada Azərbaycanda istehlakçıların hüquqlarının pozulması deməkdir.
Bu istiqamətdə də işlər aparılmalıdır və bu məsələ daha geniş şəkildə, bəlkə də, media tərəfindən gündəmə gətirilməlidir ki, müəyyən mənada provayderlərə təzyiq olsun, onlar öz avadanlıqlarına investisiya qoysunlar və istifadəçilərin ödəniş etdiyi sürəti təmin edə bilsinlər.
Yəni bu, ciddi problemdir. Bəzi provayderlərdə bu problem var və istifadəçilər bununla qarşılaşırlar. Bu provayderlər əsasən kiçik provayderlərdir, yəni onların investisiya etmək imkanları çox azdır. Bunun müqabilində, əlbəttə, onlar öz köhnə avadanlıqlarından istifadə edərək pul qazanmağa üstünlük verirlər.
Baxmayaraq ki, əslində, mövcud qaydalara, qanunvericiliyə, istehlakçı hüquqlarına və satdıqları xidmətin qiymətinə görə istifadəçilərin ödədikləri xidmətin tam həcmdə və keyfiyyətdə təmin edilməsi tələb olunur”.
Fərid Kazımov əlavə edib ki, bu da birbaşa olaraq müəyyən mənada hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır:
“Hüquqi baza təkmilləşdirilməlidir ki, onlara qarşı çox ciddi tədbirlər görülsün, müəyyən inzibati təzyiqlər tətbiq olunsun. Onlar ya avadanlıqlarını təkmilləşdirsinlər, ya da bazardan çıxıb getsinlər və müştəriləri başqa provayderlərin xidmətlərindən istifadə edə bilsinlər.
Bir məsələ də onunla bağlıdır ki, Azərbaycanda internet provayderləri sahəsində bəzi hallarda provayderlər monopolist mövqe tuturlar. Məsələn, bir-iki, yaxud bir neçə ev tikilir və orada hər hansı bir razılaşma əsasında provayder, yəni kiçik bir şirkət fəaliyyətə başlayır və orada başqa provayderin fəaliyyət göstərməsinə imkan verilmir. Yəni yalnız həmin provayder xidmət göstərir. Xüsusilə də onun avadanlığı zəifdirsə, sürəti aşağıdırsa və s., buna baxmayaraq, istifadəçi məcburdur ki, həmin provayderin xidmətindən istifadə etsin, çünki başqa variantı yoxdur.
Bu, çox vacib məsələlərdən biridir və bu sahədə imkanların genişləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Bir məsələ də maliyyə ilə bağlıdır. Ümid edirəm ki, provayderlər əldə etdikləri əlavə gəlirlərin böyük bir hissəsini yenidən investisiya edəcəklər. Yəni onlar öz avadanlıqlarının və şəbəkələrinin təkmilləşdirilməsinə maliyyə vəsaiti ayıracaqlar. Bunun nəticəsində də, əlbəttə ki, heç olmasa bəzi provayderlərdə avadanlıqlar təkmilləşəcəkdir”, - deyə ekspert bildirib.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri