Icma.az
close
up
RU
Ekspert: Özbəkistan üçün Aİ yə çıxışı sürətləndirmək baxımından Zəngəzur dəhlizi unikal imkan yaradır

Ekspert: Özbəkistan üçün Aİ yə çıxışı sürətləndirmək baxımından Zəngəzur dəhlizi unikal imkan yaradır

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbək ekspert: Zəngəzur dəhlizi Mərkəzi Asiya üçün yeni tranzit imkanları açır
Zəngəzur dəhlizi təkcə Özbəkistan üçün deyil, həm də bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni tranzit imkanları açır.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Perspektivli Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Nərgiz Umarova bildirib.

O deyib ki, Özbəkistan Zəngəzur dəhlizinin açılmasını ilk dəstəkləyən Mərkəzi Asiya ölkələrindən biridir və bu mövqenin arxasında ciddi iqtisadi, geoiqtisadi səbəblər dayanır: “Özbəkistan üçün açıq dənizlərə, hətta region daxili ticarət yollarına çıxış məsələsi strateji əhəmiyyət daşıyır. Özbəkistan üçün əsas hədəf perspektivli bazarlara, xüsusilə Avropa İttifaqına çıxışı sürətləndirmək və yükdaşımaların vaxtını azaltmaqdır. Zəngəzur dəhlizi bu baxımdan unikal imkan yaradır. Potensial marşrutun açılması Özbəkistan üçün Avropaya məsafəni 300 kilometrdən çox qısalda bilər. Bu rəqəm sadə görünə bilər, amma logistika sahəsini yaxşı bilən mütəxəssislər üçün bu, nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalması və yük dövriyyəsinin sürətlənməsi deməkdir”.

Ekspert qeyd edib ki, Özbəkistanın nəqliyyat sektorunun 2030-cu ilədək inkişaf konsepsiyasında tranzit potensialının artırılması, tranzit yüklərinin həcminin ikiqat artırılması və daşımaların ucuzlaşdırılması əsas hədəf kimi təsbit edilib: “Bu səbəbdən də ölkənin Zəngəzur dəhlizinə açıq və ardıcıl dəstəyi təsadüfi deyil. Özbəkistan bu mövqeyini ŞƏT sammitlərində, Türk Dövlətləri Təşkilatının toplantılarında və digər beynəlxalq platformalarda dəfələrlə bəyan edib. Zəngəzur dəhlizi təkcə Özbəkistan üçün deyil, həm də bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni tranzit imkanları açır. Bu marşrut Orta Dəhlizin yükötürmə qabiliyyətini artıracaq, mövcud marşrutlarda – xüsusilə Bakı–Tbilisi-Qars dəmir yolu xəttində və Xəzər və Qara dənizləri limanlarında yaranan yüklənməni azaldacaq. Yüklərin coğrafi baxımdan yenidən bölüşdürülməsi isə region ölkələrinin tranzit gəlirlərini artırmaqla yanaşı, logistika infrastrukturuna təzyiqi də azaldacaq. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin öz daxilində də tranzit xətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu baxımdan Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin maraqlarına cavab verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri