Icma.az
close
up
RU
Trampa etimad kəskin aşağı düşüb SORĞU

Trampa etimad kəskin aşağı düşüb SORĞU

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın ikinci müddətinin ilk ili üzrə fəaliyyətinin nəticələrini bəyənmir.

Modern.az xəbər verir ki, bu barədə "Economist" jurnalı və "YouGov" şirkətinin apardığı araşdırmada bildirilir.

Sorğuda iştirak edənlərin 39 faizi Trampın fəaliyyətini dəstəklədiyini, 56 faizi isə onu bəyənmədiyini qeyd edib.
Demokrat Partiyasının tərəfdarları arasında nisbət 4 faiz dəstək – 95 faiz narazılıq, Respublikaçılar arasında isə 88 faiz dəstək – 10 faiz narazılıq təşkil edir. Özünü heç bir partiyaya aid etməyən seçicilər arasında isə prezidentin fəaliyyətini 27 faiz bəyənir, 63 faiz isə onun kursu ilə razılaşmır.

Trampın siyasətinə ən aşağı dəstək 18–29 yaş qrupunda qeydə alınıb: bu kateqoriyada cəmi 29 faiz onu dəstəkləyir, 66 faiz isə narazıdır. ABŞ-ın hazırkı prezidenti ən yüksək dəstəyi 65 yaşdan yuxarı şəxslər arasında alır – burada təsdiq səviyyəsi 45 faizdir. Lakin bu yaş qrupunda belə narazılıq göstəricisi daha yüksəkdir – 54 faiz.

Araşdırma 26–29 dekabr tarixlərində ABŞ-ın yetkin vətəndaşları arasında aparılıb. Sorğunun statistik səhv payı açıqlanmayıb.

Amerika KİV-ləri və sosioloqların apardığı digər sorğular da Trampın reytinqinin azaldığını göstərir. "Economist" və "YouGov" onu son dövrlərin ABŞ prezidentləri arasında ən ciddi reytinq itkilərinə məruz qalan dövlət başçısı kimi qiymətləndirir.
NORC tədqiqat mərkəzi və "Associated Press" agentliyi öz sorğularına əsaslanaraq, Amerika liderinin iqtisadi siyasətinə dəstəyin zəiflədiyini bildiriblər.
"Politico" nəşrinin "Public First" şirkəti ilə birgə apardığı araşdırmaya görə isə ABŞ sakinlərinin təxminən yarısı gündəlik xərcləri – ərzaq, dərman və kommunal ödənişləri qarşılamaqda çətinlik çəkir.

Donald Tramp isə öz növbəsində sosioloqları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə yalan məlumat yaymaqda ittiham edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri