Icma.az
close
up
RU
Ekspert Xidmət rəsmisinə iradlar tutdu: “Nə tez unutduq?”

Ekspert Xidmət rəsmisinə iradlar tutdu: “Nə tez unutduq?”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bizim ölkədə nə elektromobil, nə də hibrid nəqliyyat vasitələri istehsal edilir”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Fuad İbrahimli deyib.

O, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanovun sözlərinə təəccübünü bu cür ifadə edib. 

Xatırladaq ki, N. İmanov elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsinin yerli istehsala dəstək məqsədi daşıdığını bildirib. Xidmət rəsmisi hətta növbəti ildən elektrik və hibrid avtomobillərin Azərbaycanda istehsalının planlaşdırılıdığını qeyd edib.

Fuad İbrahimli dövlət rəsmisinin sözlərini absurd sayır:

“Ötən il Azərbaycanda COP29 keçirildi. Bu tədbir nə ilə bağlı idi? Nə tez unutduq? COP29-un əsas mahiyyəti bu idi ki, ekoloji siyasəti dəstəkləyək. Eyni zamanda, elektromobilləri, hibridləri artıraq. Amma Rusiya, İran, Türkiyə kimi avtomobil istehsalında kifayət qədər təcrübəli yaxın qonşuları nəzərə alsaq, bizim üçün rəqabət çətin olacaq”.

Ekspert vurğulayıb ki, hibrid və elektromobillərin satışına tətbiq ediləcək verginin yeganə məqsədi büdcə daxilolmalarını artırmaqdır:

“Hansısa avtomobil modelinin hissələrini yığa və onun bir sıra hissələrini istehsal edərik. Amma Vergi Xidməti rəsmisinin xaricdən gətirilən hibrid və elektromobillərə vergi tətbiqi ilə bağlı açıqlaması məntiqdən kənardır. Biz hələ elektromobil və hibrid istehsalına başlamamışıq. Hazırda istehsal edilən benzin və dizel yanacağı ilə çalışan maşınları digərləri ilə ümumiyyətlə müqayisə etmək olmaz. Xidmətin məqsəd yalnız istənilən yolla büdcəyə vergi daxilolmaları artırmaqdır”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri