Icma.az
close
up
RU
Ekspert yol qəzalarının azalması üçün təkliflər verdi: Zolaqlar ensizləşdirilməli, işıqforlar...

Ekspert yol qəzalarının azalması üçün təkliflər verdi: Zolaqlar ensizləşdirilməli, işıqforlar...

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə avtomobil qəzaları tez-tez baş verir. Buna səbəb olan amillərdən biri də təbii ki, yüksək sürətdir. Bəzi hallarda paytaxtda avtobus sürücülərinin də təhlükələr yaratdığının, qəzaya səbəb olmasının şahidi oluruq.

Bəs qəzaların sayının azalması üçün daha hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, qəzalar dünyanın hər yerində baş verir.

Onun sözlərinə görə, əsas hədəf qəzanın nəticəsinə təsir edən həllərin tətbiqidir:

"Yəni qəzanın nəticəsi ölümlə nəticələnir, yoxsa qəzanın nəticəsində maddi ziyan dəyir və yüngül xəsarətdir? Hər bir qəza ayrı-ayrlıqda araşdırılmalıdır və risklər dəyərləndirilib, bu riskləri minimumlaşdırmaq üçün həllər təklif olunmalıdır. Dünyanın “Vision Zero” konsepsiyası var, ölüm hallarına sıfır dözümlülük siyasəti. Konsepsiyaya görə insan səhv edə bilər, əsas hədəf insanın səhvi nəticəsində ölən olmamalıdır. İnfrastrukturdan qaynaqlanan məsələlər var, bu günə qədər bəzi işlər görülüb, lakin düşünürəm ki, onun təkmilləşdirilməsinə ehtiyac var. İki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacığının işıqlandırılması təmin olunmalı, zolaq ensizləşdirilməsi əməliyyatı görülməlidir. Svetoforla idarə olunan keçidlərin sayı artırılmalıdır ki, piyadaların təhlükəsizliyi ilə yanaşı rahat keçidi təmin edəcək".

Ekspert qeyd etdi ki, sürücülərin təkmilləşdirilməsi hər zaman gündəm olub. Onun fikrincə, müasir dünya qaydalarına uyğun sürücülük vəsiqəsinin verilməsinə ehtiyac var.

"Qəza statistikasına baxsaq, ümumi olaraq fərdi nəqliyyatda qəzaların sayı çoxdur, nəinki ictimai nəqliyyatı idarə edənlərin. İctimai nəqliyyatı idarə edənlərə qarşı dövlətin müvafiq qaydaları var, Nazirlər Kabinetinin tələbləri var və o tələbə uyğun sürücülər işə cəlb olunur, müəyyən təlimlərdən keçirlər və sonra xəttə çıxan avtobusları idarə edirlər. 

Digər bir məsələ odur ki, bizdə hal-hazırda sürücü qıtlığı var və bunun səbəbi maaşa bağlıdır. Daşıyıcıların maliyyə dayanıqlılığını təmin edən "Brrutto müqaviləsi"nə keçid olunmalıdır ki, bu, həmçinin də sürücülərin maaşının  artırılmasına gətirib çıxaracaq. Dünyada nəqliyyatı idarə edənlərə ciddi tələb var və daha çox maaş verən ölkələrə axın var. Bu kimi ölkələr sırasına Polşanı daxil edə bilərik", - deyə Rauf Ağamirzəyev bildirdi.

BƏNÖVŞƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri