Ekspertdən küçə ünvanları ilə bağlı təklif
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rəqəmsallaşma, fiziki nişanlanma və məlumatların qlobal xəritələrə inteqrasiyası gündəlik səfərləri, kuryer və taksi sifarişlərini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, ünvan yalnız sənəddə deyil, binanın üzərində və rəqəmsal xəritədə də eyni və dəqiq görünməlidir:
“2012-ci il tarixli fərmanla çoxmərtəbəli binalarda ünvanın müəyyənləşdirilməsi üçün giriş, mərtəbə və mənzil nömrələrinin göstərilməsi nəzərdə tutulub. Bu məlumatların rəqəmsal xəritələrə və naviqasiya sistemlərinə düzgün inteqrasiyası isə növbəti vacib mərhələdir. Dominos pizza
Dəqiq ünvan və məkan məlumatlarının vahid sistemdə əlçatan olması həm sərnişin, həm sürücü, həm kuryer, həm də digər xidmətlər üçün vaxt itkisini və yanlış istiqamətləndirməni azaldar.
Ünvan yalnız sənəddə deyil, binanın üzərində və rəqəmsal xəritədə də eyni və dəqiq görünməlidir. Rəqəmsal xəritədə görünən ünvan – şəhərdə fiziki olaraq tapılan ünvandır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 10 Sentyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















