Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ünvanları qovuşduran rabitə körpüsü

Ünvanları qovuşduran rabitə körpüsü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

9 oktyabr Ümumdünya Poçt Günüdür

Sabahın poçtu ənənə ilə innovasiyanın vəhdətində formalaşır

Hər il 9 oktyabr bütün dünyada poçt sahəsində çalışan insanların peşə bayramı – Ümumdünya Poçt Günü kimi qeyd olunur. 1874-cü il oktyabrın 9-da Bern şəhərində Ümumdünya Poçt İttifaqının yaradılması ilə beynəlxalq poçt əməkdaşlığının vahid prinsiplər əsasında təşkili üçün mühüm zəmin formalaşıb. Bu tarix sonralar poçt xidmətlərinin qlobal əhəmiyyətini diqqətə çatdıran xüsusi gün kimi təqvimə daxil edilib.

Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində müxtəlif formalarda qeyd edilir. Bu əlamətdar tarix təkcə poçt əməkdaşlarının əməyinə verilən dəyərin ifadəsi deyil, həm də insanların və dövlətlərin həyatında poçt xidmətlərinin çoxəsrlik roluna diqqətin yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub. İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər. İnsanları bir-birinə bağlayan yolların, vasitələrin və texnologiyaların sayı gündən-günə artsa da, poçtun həyatımızdakı yeri öz əhəmiyyətini qoruyub saxlayır. Poçt yalnız məktub, bağlama və ya göndəriş daşıyan bir xidmət deyil. O, insanların sevincini, həsrətini, xoş xəbərini, sənədini və bəzən də illərlə qoruduğu xatirələrini bir ünvandan digərinə çatdıran etibarlı bir körpüdür. Zaman dəyişdikcə, poçtun forma və funksiyaları yenilənsə də, onun insanları və cəmiyyətləri bir-birinə bağlayan əsas missiyası dəyişməz olaraq qalır.

Azərbaycanın da poçt tarixində özünəməxsus ənənələri var. Ölkəmizdə poçt və rabitə xidmətlərinin inkişafı cəmiyyətin sosial-iqtisadi həyatında baş verən dəyişikliklərlə paralel şəkildə həyata keçirilib. Müasir mərhələdə isə poçt sahəsi rəqəmsal transformasiya, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni xidmətlərin tətbiqi istiqamətində inkişaf edir. Bu proses poçt sisteminin yalnız ənənəvi xidmət sahəsi deyil, həm də müasir iqtisadiyyatın mühüm infrastrukturlarından birinə çevrilməsini şərtləndirir.

Bu gün poçt şöbəsi yalnız məktub və bağlamaların qəbul edildiyi məkan deyil. Vətəndaşların müxtəlif xidmətlərdən yararlanması, ödənişlərin həyata keçirilməsi, maliyyə əməliyyatları, elektron ticarət sifarişlərinin çatdırılması və digər xidmətlər poçt infrastrukturunun gündəlik həyatımızdakı əhəmiyyətini daha da artırır. Xüsusilə regionlarda poçt şəbəkəsinin mövcudluğu əhalinin bir sıra xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Bu baxımdan poçt həm də regionlar arasında sosial-iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verən mühüm vasitədir.

Müasir poçtun rolu sürətlə dəyişir. Əgər əvvəllər poçt dedikdə ilk növbədə məktub, qəzet və banderolların çatdırılması nəzərdə tutulurdusa, bu gün poçt operatorları logistika, elektron ticarət, kuryer və ekspress çatdırılma, beynəlxalq daşımalar, maliyyə xidmətləri və rəqəmsal həlləri birləşdirən çoxfunksiyalı xidmət platformalarına çevrilir.

Müsahibimiz “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova XQ-yə bildirdi ki, bu dəyişimin əsas səbəbi insanların və bizneslərin ehtiyaclarının dəyişməsidir:

– Yazılı ünsiyyətin böyük hissəsi rəqəmsal müstəviyə keçdiyi üçün ənənəvi məktub göndərişlərinin həcmi azalır. Məsələn, 2026-cı ilin ilk yeddi ayında daxili sadə məktub və banderolların sayı 806 631 ədəd təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 883 020 ədəd olub ki, bu da 8,7 faiz azalma deməkdir. Oxşar tendensiya beynəlxalq göndərişlərdə də müşahidə olunur. Beynəlxalq daxil olan sadə məktub və banderolların sayı 87 737 ədəddən 76 524 ədədə, beynəlxalq çıxan sifarişli məktub və banderolların sayı isə 19 356 ədəddən 15 380 ədədə düşüb. Bu rəqəmlər ənənəvi poçt göndərişlərinin tədricən rəqəmsal kommunikasiya vasitələri ilə əvəzləndiyini göstərir.

Lakin bu göstəricilər poçta ehtiyacın azalması demək deyil. Əksinə, tələbatın strukturu dəyişir. Elektron ticarətin sürətli inkişafı bağlamaların, kuryer çatdırılmasının, logistika və transsərhəd daşımaların əhəmiyyətini artırır. Bu gün müştəri poçt operatorundan yalnız göndərişin bir ünvandan digərinə çatdırılmasını deyil, sifarişin qəbulundan anbarlaşdırmaya, gömrük proseslərindən ödənişə və elektron izləməyədək bütöv xidmət zənciri gözləyir. Məhz buna görə poçt sektorunun qarşısında duran əsas məsələ mövcud fiziki şəbəkəni yeni iqtisadi və rəqəmsal reallığa uyğunlaşdırmaqdır.

“Azərpoçt”da aparılan dəyişikliklərin də əsas istiqaməti budur. Şirkət bir tərəfdən ənənəvi poçt xidmətlərini davam etdirir, digər tərəfdən isə elektron ticarət, logistika və maliyyə xidmətlərində imkanlarını genişləndirir. Postcargo vasitəsilə ABŞ, İspaniya və Türkiyədən beynəlxalq alış-veriş və yükdaşıma imkanları təqdim olunur.

“Temu” platforması ilə əməkdaşlıq isə transsərhəd elektron ticarət göndərişlərinin ölkə daxilində çatdırılmasına imkan yaradır. Bu, poçtun elektron ticarət ekosistemində getdikcə daha fəal rol aldığını göstərir. Digər mühüm istiqamət maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasıdır. Beynəlxalq ödənişlərin daha çevik və təhlükəsiz həyata keçirilməsi üçün “Visa B2B Connect” həlli tətbiq olunur, mobil POS imkanları genişləndirilir, internet bankçılıq sistemi yenilənir.

Beləliklə, poçt xidmətlərinin rəqəmsallaşması ənənəvi poçtun sıradan çıxması deyil, onun yeni məzmun qazanmasıdır. Müasir poçt operatoru sürətli, əlçatan, təhlükəsiz və çevik xidmət göstərməklə yanaşı, vətəndaşla biznes, istehsalçı ilə istehlakçı arasında əlaqənin mühüm həlqəsinə çevrilir. Elektron ticarətin inkişafı fonunda bu funksiyanın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

Afaq İbrahimovanın sözlərinə görə, “Azərpoçt”un ən mühüm üstünlüklərindən biri ölkənin bütün regionlarını əhatə edən geniş şəbəkəsidir. Bu şəbəkənin potensialı artıq yalnız məktub və bağlamaların çatdırılması ilə məhdudlaşmır. Məqsəd onu logistika, elektron ticarət, maliyyə və digər müasir xidmətlərin ölkə üzrə əlçatanlığını təmin edən infrastruktura çevirməkdir. Bu baxımdan poçt şəbəkəsi həm şəhər, həm də kənd əhalisinin müasir xidmətlərə çıxışında mühüm rol oynayır.

Bu baxımdan poçtun gələcəyi ənənəvi və rəqəmsal xidmətlər arasında seçim etməkdə deyil, onları vahid sistemdə birləşdirməkdədir. Poçtun əsas missiyası isə dəyişmir: insanları, biznesləri və regionları bir-birinə bağlamaq. Dəyişən bu missiyanın necə həyata keçirilməsidir. Məktub daşıyan klassik poçt modelindən müasir logistika, elektron ticarət, maliyyə və rəqəmsal xidmətlər platformasına keçid məhz bu transformasiyanın mahiyyətidir.

Poçt sisteminin əhəmiyyəti yalnız texnologiya və logistika ilə məhdudlaşmır. Bu sahədə çalışan insanların gündəlik fəaliyyəti də xüsusi diqqətə layiqdir. Poçtalyonlardan operatorlara, çeşidləmə və logistika əməkdaşlarından mühəndis və digər mütəxəssislərə qədər minlərlə insan bu sistemin fasiləsiz fəaliyyətini təmin edir. Onların işi dəqiqlik, məsuliyyət və operativlik tələb edir. Çünki bir məktubun, sənədin və ya bağlamanın vaxtında ünvanına çatdırılması çox vaxt insan üçün mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Poçt Günü bu baxımdan həm keçmişə nəzər salmaq, həm də gələcək hədəfləri müəyyənləşdirmək üçün əlamətdar tarixdir. Poçtun çoxəsrlik ənənələri müasir texnologiyalarla birləşdikcə onun qarşısında yeni inkişaf imkanları yaranır. Rəqəmsallaşma, avtomatlaşdırma, elektron ticarət və müasir logistika həlləri poçt xidmətlərinin çevikliyini və səmərəliliyini artırmaq üçün yeni perspektivlər açır.

9 oktyabr həm də poçt əməkdaşlarının fədakar əməyinə ehtiram günüdür. Bu münasibətlə poçt sahəsində çalışan bütün əməkdaşları peşə bayramları münasibətilə təbrik etmək, onların gündəlik fəaliyyətinə verilən dəyəri ifadə etmək yerinə düşər. Çünki dəyişən dünyanın tələblərinə uyğunlaşan poçt sistemi öz ənənəvi missiyasını qorumaqla yanaşı, müasir cəmiyyətin yeni ehtiyaclarına cavab verən mühüm xidmət platformasına çevrilir.

Dünənin məktubu ünvanına çatdıran poçtu bu gün rəqəmsal dünyanın imkanlarını insanlara yaxınlaşdırır. Sabahın poçtu isə ənənə ilə innovasiyanın vəhdətində daha çevik, daha əlçatan və daha müasir xidmət modeli kimi inkişaf edəcək.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri