Icma.az
close
up
RU
Ekspertdən xəbərdarlıq: Bu məhsulları almayın, əks halda… KONKRET

Ekspertdən xəbərdarlıq: Bu məhsulları almayın, əks halda… KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son illər bazarda satışa çıxarılan bəzi kolbasa və digər ət məhsullarının üzərində tərkib məlumatlarının natamam göstərilməsi, yaxud çox xırda şriftlə yazılması istehlakçıların narazılığına səbəb olur. Halbuki qanunvericilik ərzaq məhsullarının mənşəyi, tərkibi və digər vacib məlumatların aydın şəkildə təqdim olunmasını tələb edir.

Bəs bəzi məhsullarda bu tələblərə niyə əməl edilmir və belə hallara qarşı hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda ərzaq məhsullarının markalanması ilə bağlı aydın tələblər mövcuddur.

Onun sözlərinə görə, “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında istehsalçıların məhsulların üzərində məlumatları istehlakçının başa düşə biləcəyi şəkildə təqdim etməsi nəzərdə tutulur:

“Qanunvericiliyə əsasən, məhsullar xarici dillə yanaşı Azərbaycan dilində də ətraflı markalanmalıdır. Təəssüf ki, bazarda düzgün markalanmayan, hətta üzərində etiket olmayan məhsullara da rast gəlinir. Bu cür halların qarşısını Qida Təhlükəsizliyi Agentliyi almalıdır”.

E.Hüseynov bildirib ki, tərkibi barədə dolğun məlumat verilməyən məhsulların satışı istehlakçı hüquqlarının pozulması hesab olunur:

“Belə məhsulları almaq məsləhət deyil. Tərkibi göstərilməyən və ya natamam məlumatla satışa çıxarılan malların dövriyyəsinə yol verilməməlidir. Bu, qanunvericiliyin tələblərinə ziddir və həmin məhsulların satışının qarşısı alınmalıdır”.

Ekspert vurğulayıb ki, istehlakçılar məhsul alarkən etiket məlumatlarına diqqət yetirməli, tərkibi və istehsalçı barədə məlumatı olmayan ərzaq məhsullarından uzaq durmalıdırlar.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri