Icma.az
close
up
RU
“Küçədə satılan bu məhsulları almayın, əks halda…” XƏBƏRDARLIQ KONKRET

“Küçədə satılan bu məhsulları almayın, əks halda…” XƏBƏRDARLIQ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Bildiyimiz kimi gündəlik ərzaq məhsulları istehlakçılar tərəfindən ümumişlək və ümumişlək olmayan simvolik qrupa ayrılır. Ümumişlək qrupa yüksək, xüsusi riskli və aşağı riskli qida məhsulları daxildir. Söhbət uzun müddət saxlana bilən qida məhsullarından gedir.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

“Yüksək riskli qida məhsullarına hisə verilmiş və açıq halda satılan toyuq və balıq məhsulları da daxildir. Gündəlik olaraq müxtəlif bazarların piştaxtalarında açıq şəkildə satılan toyuq, quş əti və balıq məhsullarına rast gəlirik. Sözsüz ki, bu məhsullar yüksək riskə daxil olduqlarına görə açıq şəkildə qətiyyən satılmamalıdır. Qış aylarında bu, bəlkədə biraz mümkündür. Qida təhlükəsizliyi nöqteyi-nəzərdən məsələni qiymətləndiririksə, o zaman ət məhsulları “0 və +4 °C” temperatur aralığında olan soyuducuda saxlanmalıdır. Bu məhsullar satılan zaman isə onların üzərində toyuq ətinə dair ekspertiza aktları, kiçik və iri buynuzlu heyvanlarda isə mütləq baytarlıq şəhadətnaməsi olmalıdır.“

Ekspert qeyd edir ki, küçədə satılan toyuq və balıq həhsullarının daşınma qaydalarına da diqqət yetirilməlidir.

“Digər məqamda həmin məhsulların rəfdə saxlanma müddətinə diqqət yetirilməlidir. Onları buz içərisində xüsusi qablarda və yaxud da digər soyutma sistemi olan nəqliyyat vasitələrində qablaşma şəklində daşımaq vacibdir. Bu məhsullar sadaladığımız tələblərə cavab vermədikdə, qeyri peşəkar şəkildə saxlandıqda insan həyatı üçün təhlükə faktoru yaradır. O cümlədən qusma, ishal, zəhərlənmə hallarına yol aça bilər. Bu da öz növbəsində insan sağlamlığına ciddi təsir göstərir.”

Qafarov əlavə edib ki, küçədə üstü açıq satılan məhsullar bir sıra təhlükələrə yol aça bilər. Bunlar əsasən aşağıdakılardır:

1. Sağlamlıq Riskləri

Toz və çirklənmə: Küçədə açıq qalan qidalar havada olan toz, kir və avtomobil qazları ilə çirklənə bilər.

Mikroblar və xəstəliklər: Hava ilə yayılan bakteriya və viruslar qida səthinə düşərək qida zəhərlənməsinə səbəb ola bilər.

Zərərvericilər: Açıq qalan yeməklər böcəklər, siçanlar və digər heyvanlar tərəfindən çirklənə bilər.

Temperatur dəyişikliyi: İsti havada qida tez xarab ola, soyuq havada isə müəyyən məhsullar keyfiyyətini itirə bilər.

2. Keyfiyyət Problemləri

Saxta və standartlara uyğun olmayan mallar: Küçədə açıq satılan məhsulların çoxu gigiyenik nəzarətdən keçmədiyi üçün tərkibi və istehsal şəraiti məlum olmur.

Etiket və son istifadə tarixinin olmaması: Qida və kosmetika məhsullarının saxlanma müddəti bilinmədikdə istifadə zamanı təhlükəli ola bilər.

3. Ekoloji Problemlər

Tullantıların artması: Açıq satış yerlərində tullantılar idarə olunmazsa, ətraf mühitin çirklənməsinə səbəb olur.

Plastik və digər qablaşdırma tullantıları: Qeyri-rəsmi küçə satışı zamanı tullantılar səliqəsiz atıla bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri