Icma.az
close
up
RU
Ekspertdən yaşlı insanlar, azyaşlı uşağı olan analar üçün vacib TƏKLİF

Ekspertdən yaşlı insanlar, azyaşlı uşağı olan analar üçün vacib TƏKLİF

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə insanların alış-veriş vərdişlərində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Əvvəllər ənənəvi bazar və mağazalar əsas seçim yeri hesab olunsa da, indi getdikcə daha çox insan onlayn alış-verişə üstünlük verir.

Bunun əsas səbəbi nədir? Onlayn alış-veriş ənənəvi ticarəti sıradan çıxara bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, istehlakçıların alış-veriş ilə bağlı düşüncələri dəyişə bilir. Onun sözlərinə görə, bu, bir növ yeni sistemə adaptasiya olmaq, həmçinin yeni alış-veriş üsulunun daha praktik olması ilə əlaqədardır:

"Bundan əlavə, günün əsas hissəsini işdə keçirmək və alış-veriş üçün zaman tələbi alıcı təfəkkürünü dəyişə bilir. Azad sahibkarlıq olduğu üçün hər hansısa məhsulu ticarət fəaliyyətilə məşğul olan şəxs istədiyi qiymətə təklif edə bilir. Real mühitdə qiymət araşdırması etmək isə olduqca yorucu və vaxt alıcı hesab olunur. Onlayn ticarət platformasında isə bu, belə deyil. Sadəcə bir seçimlə qiyməti müqayisə etmək, büdcəyə uyğunluğuna baxmaq, hətta əvvəlki alıcıların məhsul haqda rəylərini görmək mümkündür. Bu isə olduqca əlverişlidir.

Məsələni sahibkar yönündən dəyərləndirdikdə, onlayn ticarət platforması onlar üçün də olduqca sərfəlidir. Məlumdur ki, obyektlərin icarəsi yüksəkdir. Sahibkar nisbətən mərkəz və əhalinin sıx olduğu yerdə icarəyə götürməlidir, obyektin dizaynı yaxşı olmalıdır, satıcıların əməkhaqqısı, digər xərclər də var. Müəyyən qədər də olsa oğurluq halları olur. Onlayn ticarətdə isə bu, belə deyil. Mərkəzdən kənar kiçik bir obyekt belə bəs edir, bir çox işçiyə ehtiyac olmur, sifariş gəlir, təsdiqlənir, paketlənir və kargo, poçta təslim edilərək ünvana göndərilir".

İqtisadçının fikrincə, onlayn ticarət ənənəvi ticarəti sıradan çıxara bilməz.

"Çünki bu qeyd olunanlar bütün təbəqə üçün və ya kənd təsərrüfatı məhsullarının bəziləri üçün keçərli deyil. Nəzərə almaq lazımdır ki, orta yaşlı və yaşlı insanlar onlayn ticarət platformalarından bir o qədər də məlumatlı deyillər, ona görə də bu sistem onlar üçün əlverişli deyil. Digər məsələ bəzi kənd təsərrüfatı məhsullarının satışı ilə bağlıdır. Quru meyvə və ya qurudulmuş meyvə-tərəvəz kargo ilə alıcıya göndərilə bilər, ancaq bu, tez xarab ola bilən məhsullar üçün keçərli deyil.

Onlayn ticarət platformasının qida sektoruna gəldikdə isə, düşünürəm ki, bunun tətbiqi iqtisadiyyatda aktivliyi bütün təbəqələr üçün artıracaq. Məsələn, market sistemində də bir zənglə sifarişin olması arzuolunandır. Çünki yaşlı insanlar pilləkənləri qalxıb-enməkdə çətinlik çəkir, alış-veriş səbətini daşımaq onlar üçün çətindir. Həmçinin körpə uşaqlı analar üçün də alış-veriş çətindir. Bu təbəqə nəzərə alınaraq onlayn sifariş edib 30 dəqiqə ərzində sifarişin alıcıya təslim edilməsi olduqca praktik hesab olunar", - deyə Günay Hüseynova bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri