Icma.az
close
up
RU
Ekspress avtobuslarla bağlı məsələ böyüyür “PULSUZ OLMALIDIR”

Ekspress avtobuslarla bağlı məsələ böyüyür “PULSUZ OLMALIDIR”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gündür metropolitendə xətlərin ayrılması ilə əlaqədar istifadəyə veriləcək ekspress avtobusların ödənişli olub-olmaması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən, iqtisadçı ekspert Natiq Cəfərli ekspress avtobusların ödənişli olmasının məntiqsiz olduğunu bildirib.

“Düşünürəm ki, burada ekspress avtobusların ödənişli olması məntiqsizdir, çünki çox qısa bir məsafə qət edəcəklər. O mənada məntiqsizdir ki, təmir olmasaydı, insan ödəniş edib metroya daxil olur və istədiyi istiqamətə gedir. Təmir işləri olduğu üçün də düşüb başqa nəqliyyat vasitəsindən istifadə etməyə məcbur olur.

Bu nöqteyi-nəzərdən xəttə buraxılacaq avtobusların ödənişsiz olması məntiqlidir. Bu, belə də olmalıdır. Bir çox ölkələrdə də bunun örnəkləri var”, - deyə o bildirib.

N. Cəfərli avtobusların pulsuz olacağı təqdirdə sərnişinlərin hamısının həmin nəqliyyat vasitəsinə yönələcəyi ilə bağlı fikirlərə də münasibət bildirib:

“Estoniyada sərnişin avtobusları ödənişsizdir. Ona görə ki, insanlar ictimai nəqliyyatdan istifadə etsin və şəhərdə sıxlıq azalsın. Bu nöqteyi-nəzərdən məsələnin məntiqini anlamaq çətindir. Pulsuz və ya ucuz olarsa, insanlar ictimai nəqliyyata daha çox yönələcək.

Dövlətin, büdcənin buna gücü çatır. Buna imkan və fürsətlər də var. İllərdir təklif edirik ki, zamana bağlı biletlər olsun. Saatlıq, günlük, aylıq və s. Bu, dünyanın hər yerində var. Hər dəfə ucuzlaşmaq şərti ilə bu cür zamana bağlı bilet sistemləri olmalıdır. Bu biletlər də metro və avtobuslarda keçərli olmalıdır.

Azərbaycanda dünyanın başqa örnək şeylərini kənara atıb hansısa başqa örnəklərlə davranmağa çalışırlar”.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun “Pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” fikri müxtəlif reaksiyalarla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri