Ekvadorun ən təhlükəli və ən çox axtarılan narkotik boslarından biri İspaniyada saxlanılıb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Ekvadorun ən təhlükəli və ən çox axtarılan narkotik boslarından biri İspaniyada saxlanılıb. Bu barədə Associated Press məlumat verib. Şübhəli, Ekvadorun "Los Lobos" narkotik kartelinin lideri, "Pipo" ləqəbi ilə tanınan Vilmer Çavarriyadır. Ekvador hakimiyyəti və İspaniya polisinin məlumatına görə, o, öz ölümünü saxtalaşdırıb hüquq-mühafizə orqanlarından yoxa çıxmasından bir neçə il sonra, 16 noyabrda həbs edilib.
Ekvador prezidenti Daniel Noboa, İspaniya hüquq-mühafizə orqanları ilə birgə əməliyyat zamanı Vilmer Çavarrianın Malaqa şəhərində saxlanıldığını açıqladı. İspaniya Milli Polisi qara idman geyimində olan Çavarrianın polis maşınına aparıldığı şəklini yayımladı.
"Pipo" ləqəbi ilə tanınan Vilmer Geovanni Çavarria Barre, Ekvadorun ən böyük cinayətkar qruplarından biri olan və təxminən 8000 wzvi malık Los Lobos-a rəhbərlik edir. Qrup narkotik qaçaqmalçılığı, şantaj, qızıl mədənlərinə nəzarət və sifarişli qətllərlə məşğuldur. Amerika Birləşmiş Ştatları bu yaxınlarda Los Lobosu rəsmi olaraq terror təşkilatı elan etdi.
Kartel Ekvadorda çoxsaylı siyasi sui-qəsdlərlə və Meksikanın Halisco Yeni Nəsil (CJNG) karteli və digər böyük cinayətkar şəbəkələrlə əməkdaşlıqla əlaqələndirilir. Onun fəaliyyəti Ekvadorda siyasətçilərə, jurnalistlərə və yerli məmurlara hücumlar da daxil olmaqla yüzlərlə insanın ölümünə səbəb olub.
Çavarria 2011-ci ildən 2018-ci ilə qədər həbsdə olub, lakin azadlığa çıxdıqdan sonra kartel fəaliyyətlərini əlaqələndirməyə davam edib. 2021-ci ildə o, COVID-19 pandemiyası zamanı öz ölümünü saxtalaşdıraraq sənədlərini dəyişdirərək Avropaya köçüb.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















