El Klassiko nu o idarə edəcək Hakimin adı Mourinyonu təəccübləndirdi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo oktyabrın 25-də La Liqanın 10-cu turu çərçivəsində “Barselona” ilə keçiriləcək oyunu hansı hakimin idarə etməsindən danışıb.
Modern.az xəbər verir ki, o, hakim təyinatı prosedurunun pozulmasının yolverilməz olduğunu vurğulayıb:
“Məlumat sızıb ki, oyunu Neqreyranın oğluna kouçinq xidmətləri üçün ödəniş edən Munuera idarə edəcək.
Bu, məni bir qədər təəccübləndirir… Hakimin kimliyi məni heç vaxt narahat etmir. Mən hakimin yaxşı olduğunu əsas götürürəm. Məni narahat edən qaydaların pozulmasıdır. Üç həftə əvvəl bir hakimin adı ortaya çıxdı, indi isə başqa birinin adı çəkilir. Amma klub daxilindən heç kim mənə “Hakim o olmayacaq” deməyib”.
Xatırladaq ki, qaydalara əsasən, oyunun baş hakiminin adı matça 24 saat qalmış elan edilməlidir. Lakin mümkün hakim təyinatı barədə məlumat üç həftə əvvəl yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















