Əl Şabab ın qapıçısı Premyer Liqa klubuna keçə bilər
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna millisinin qapıçısı Georgi Buşan karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqamızda çıxış edən iddialı klublardan biri 31 yaşlı qolkiperlə ilkin razılığa gəlib.
Onun yeni mövsümə Azərbaycanda başlamaq ehtimalı yüksəkdir. Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna məxsus olan ukraynalı qapıçı “Polissya”da icarə əsasında çıxış edir. Onun ərəb klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
“Dinamo”nun (Kiyev) yetirməsi və sabiq qapıçısı mövsümün sonunda Səudiyyə Ərəbistanına geri qayıdacaq. Son anda hansısa problem çıxmasa, o, yeni mövsüm hazırlığına məhz Azərbaycan klubunda başlayacaq.
Baxış sayı:117
Bu xəbər 22 Aprel 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















