Icma.az
close
up
RU
Əl tutmaq Əlidən qalıb, siz kimdən qalmısınız?

Əl tutmaq Əlidən qalıb, siz kimdən qalmısınız?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Möhsün Rezayi Şahin Mustafayevin salamını niyə almır və ya salam verdim, salam almaz, görüm kəssin salam səni…

Adam gəlib sənin evinə. Deyir qardaş, narahat olma, mənim torpağımdan sənə qarşı bir güllə atılmayıb. Bunu sübut edir, zəmanət verir. Sən də durub onun əlini havada qoyursan. Bu nə tərbiyədir? Bu nə diplomatiyadır?

Bunu Tramp etsə deyərəm şoudur. Amma sən Tramp deyilsən axı. Lap elə o boyda Tramp Prezident Əliyevə necə yanaşır, necə böyük ehtiram göstərir. Sən isə SEPAH generalısan. Sənin işin şou deyil, dövlət idarə etməkdir. Şoumensən? Rezayi kimdir? Hamı tanıyır. 16 il SEPAH-ın başında durub. İki oğlunu itirib, biri intihar edib, o biri müəmmalı ölüb. Deyirlər ki, özü öldürdüb. Allah rəhmət eləsin, amma bu travma onun Azərbaycana baxışını da korlayıb. 44 günlük müharibədə Erməninin xeyrinə danışan adam idi. İndi də eyni xətti göstərir.

Biz Pezeşkianı həmişə ayırmışıq. Pezeşkian bizim adamdır. Anası azərbaycanlı, arvadı azərbaycanlı, özü Təbrizdə çıxıb deyir ki, türkcə məktəb olmalıdır. İlham Əliyevlə azərbaycanca danışır. O, Təbrizin səsidir. Onu bu Rezayilərlə bir tutmuruq. Amma Rezayi və onun kimiləri kimdir? Onlar nə edib bizə? Biz nə etmişik? Sanksiya olanda sərhədi bağlamadıq. İranın yük maşını bizim yollardan keçdi. Hətta Putin belə bu məsələyə görə publik şəkildə Azərbaycan prezidentinə təşəkkür etdi. Torpağımızı İsrailə, Amerikaya baza olaraq vermədik. Hər dəfə dedik, qardaş, bizim torpaqdan sizə hücum olmayacaq.

Sonuncu dəfə Şahin Mustafayev bunu Tehranda yenə dedi. Xoyda isə zəlzələ olanda yenə birinci biz qaçdıq. Onlar nə etdi? 90-cı illərdə Ermənistana yanacaq verdilər. 2020-də Xankəndinə gedən yanacaq TIR-ları İran nömrəsi ilə tutuldu. Hamısı videoda var. Sərhəddə bizə qarşı tankla təlim keçdilər. Səfirliyimizə hücum oldu, Orxan Əsgərov şəhid oldu, hələ də cavab yoxdur. İçərimizdə casus şəbəkəsi qurdular, Hüseyniyyun adı ilə cavanları Quma apardılar. Təbrizdə belə körpə uşağa türkcə məktəb yoxdur. İndi bu adam Şahin Mustafayevin əlini dartır. Nə göstərmək istəyir? Güc? Güc əl dartmaq deyil, dövlət saxlamaqdır. Mənim sözüm budur ki, İran bizim qonşumuzdur, 40 milyon soydaşımız orda yaşayır, Pezeşkian kimi oğullarımız var. Amma Rezayi kimi adamlar İranın özünə də ziyandır, bizə də. Əli dartmaqla hörmət qazanılmaz. Əl tutmaq Əlidən qalıb, sizin əliniz kimdən qalıb; yenə də Allah bilir.

Əziz Əlibəyli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri