Icma.az
close
up
RU
El üçün yaşamaq

El üçün yaşamaq

Icma.az bildirir, 525.az portalına istinadən.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

El üçün yaşanılan hər tale bir dastandır, əslində. Bu dastanın tarix olduğunu unutmamaq da el üçün yaşamaqdır. Ömür el üçün yaşaya-yaşaya el üçün yaşayanları, yaşamışları unutmamaq fəlsəfəsidi. Bu fəlsəfə min illərdi xalqın varlığının dərki kimi düşüncələrdədi. Unutmadıqlarımız, unudulmayanlar belə ömür yaşayıb. Musa Müseyib oğlu Cəfərov da  belə ömür yaşadı. Ney səsi kimi yanıqlı, dağlarda çağlayan bulaqların suyu kimi təmiz, dağların sinəsindən sürüşüb düşən meh kimi, yel kimi həlim bir ömür. Sağlığında özü sevildi, son nəfəsindən sonra ruhu əzizlənməkdədi... 

1934-cü ildə Zəngilan rayonunun Tatar kəndində anadan olmuşdu. Kəndin minlərlə uşağı kimi, onun da taleyi yoxsulluğun, müharibənin və iztirabın içindən keçmişdi. On yaşında atasız qalmışdı, bacıları və  anası ilə birlikdə həyatın ağır yükünü kövrək çiyinlərində çəkmişdi. Bu yükün ağırlığına dözə-dözə böyümüşdü. Anası Göysünaz  zəhmətə qatlanmağı bacaran bir ana idi. Bacıları Sərfinaz və Güllü ilə birlikdə Musa ailənin bütün qayğılarını yerinə yetirməklə ailənin  dayağı oldu. Bu çətinliklər ona həm dözüm aşıladı, həm yaşam uğrunda mübarizə öyrətdi, həm də mətinləşdirdi. Musa dağlarda vüqar görürdü, bu vüqarla böyüyürdü, baxa-baxa böyüyürdü, dağlarda ucalıq görürdü, ucalırdı...

1952-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdi. Ailə durumunun ağırlığı istəyinin pərsənginə döndü - ali təhsil almaq istəyini müəyyən müddətə qəlbində saxladı; sabahlarına aparacaq təhsil yolunu özü bağladı - aliləsinə görə...

Yaxşı oxumuşdu, rayonda bunu duyanlar vardı, o biliyi dəyərləndirənlər vardı. Musa Museyib oğlu 1952-ci ilin oktyabrında Zəngilan rayon prokurorluğunun katibi kimi işə başladı. Bu, sabahlara açılan ümid qapısı idi.

Musanın məntiqli danışığı, aydın  nitqi, mülayim, bir o qədər də prinsipial xarakteri onu qısa zamanda rayon ictimaiyyətinə tanıda bildi. Prokurorluqda 1956-cı ilin fevralınadək işlədi. İşləyə-işləyə qəbul imtahanlarına hazırlaşırdı. 1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil oldu. Həmin vaxtlarda "Qızıl Zəngilan" qəzetində müxtəlif janrlarda məqalələri dərc olunurdu. Hər yazısında torpağın nəfəsi vardı. Bu nəfəs Musanın həyat dastanının ayaq səsləriydi sanki...

Yazıları bəyənilirdi...

1956-cı ilin fevralında Zəngilan rayon partiya komitəsinin (RPK-nin) kitabxanasında kitabxanaçı vəzifəsinə işə qəbul edildi. Bacarıqlı idi, təşəbbüskar idi, məsuliyyətli idi. 1957-ci ilin iyununda Zəngilan Rayon Komsomol Komitəsinin (RKK-nin) ikinci katibi, 1957-ci ilin noyabrından Zəngilan RKK-nin birinci katibi vəzifəsinə seçildi. Musa Museyib oğlu gəncliyin dostu idi, gənclərin sirdaşı. Belə xarakter qısa müddətdə Zəngilan rayon gənclər təşkilatının möhkəmlənməsində əhəmiyyətli oldu, gənclərin (gəncliyin!) fəaliyyəti canlandı, istehsalatda da, təhsildə də, həyatın bütün sahələrində də uğurlar qazanırdılar. Rayon komsomol komitəsinin yüksək təşkilatçılıq işi, birinci katibin öz işinə məsuliyyətlə yanaşması, cəmiyyətdə insanlar arasında böyük nüfuz, hörmət qazanması Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin diqqətini cəlb etmişdi. Ona görə də Musa Cəfərov 1958-ci ilin oktyabrında Azərbaycan LKGİ Mərkəzi Komitəsinin komsomol təşkilatları şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkildi, bu vəzifədə 1959-cu ilin dekabrınadək işlədi.

1960-cı ildə ali təhsilini başa vuran Musa Müseyib oğlu 1960-cı ilin  yanvarında yenidən Zəngilan RKK-nin birinci katibi seçildi. İki il bu vəzifədə yüksək əzmkarlıqla işlədi. Rayon rəhbərliyi onun işini bəyənirdi, gənclər onun fəaliyyətini dəstəkləyirdi. Bu, sevgi idi...

Hansı vəzifədə işləməsindən asılı olmayaraq sözə sevgisinə sədaqətli idi. Yazırdı, ürəyinin istəyini kağıza köçürürdü. Bu da bir sevgi idi. Yaşadılası sevgi, yaşarı sevgi...

O illərdə partiya yaxşı işçini adilərdən ayırd etməyi bacarırdı...

1962-ci ilin yanvarında Zəngilan rayon partiya komitəsində (RPK-də) təlimatçı vəzifəsinə irəli çəkildi. 1962-ci ilin iyunundan Azərbaycan KP MK-nın və Azərbaycan  Nazirlər Sovetinin Cəbrayıl İstehsalat Birliyi üzrə rayonlararası "Kolxozçu" qəzetinin Zəngilan və Qubadlı rayonları üzrə xüsusi müxbiri vəzifəsinə göndərildi. Yaradıcılığı partiyanın siyasəti ilə səsləşirdi; Musa müəllim dürüstlüyün yazarı idi, xalqın istəyinin yazarı idi, dövlətin siyasətinin yazarı idi. Müxtəlif mövzularda yazdığı məqalələr maraqla oxunurdu. Bu məqalələrin əksəriyyəti dövlətin gənclər siyasətinin söz ifadəsi olurdu...

İşi partiyanın diqqətindəymiş; 1962-ci ilin sentyabrında Musa Cəfərov ali siyasi təhsil alması üçün Azərbaycan KP MK-nın yanında Bakı Ali Partiya Məktəbinə göndərildi.

Ali Partiya Məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra (1964-cü ilin avqustu) Zəngilan rayon kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsində təlimatçı vəzifəsinə təyin edildi. Obyektivlik, qərəzsizlik, saf vicdanlılıq kimi yüksək mənəvi keyfiyyətləri ilə rayon ictimaiyyəti arasında böyük nüfuz qazanmış Musa Cəfərov  1965-ci ilin yanvarından 1968-ci ilin yanvarınadək Zəngilan RPK-də siyasi-maarif kabinetinin müdiri, 1968-ci ilin yanvarından 1975-ci ilin noyabrınadək təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işlədi. Partiyanın  ideologiyası sahəsində yüksək biliyə və hərtərəfli bacarığa malik olan Musa Müseyib oğlunu rayonun mədəniyyət, maarif, səhiyyə işçiləri, ümumiyyətlə rayon ictimaiyyəti yaxşı tanıdı, tanımaq ehtiramdır, Musa Museyib oğlu ehtiramlarla əhatələndi. 1975-ci ilin noyabrında  RPK-nin ikinci katibi vəzifəsinə seçildi, bu vəzifədə 1985-ci ilin  noyabrınadək işlədi. "Hərə öz sahəsinin əsgəri olmalıdır. Mən ideoloji cəbhənin əsgəriyəm..." Hamı ona inanırdı, hörmət edirdi, ehtiram göstərirdi. Həmişə haqqın tərəfində olduğuna görə, dürüstlüyünə görə, heç kimin yanında gözü kölgəli olmadığına görə. Hərdən dürüstlük də dedi-qodular yaradarmış: həm rayonda, həm də Azərbaycan KP MK-da bir qrup paxıl, qərəzkar ona qarşı əsası olmayan iddialar qaldırırdı, parlaq gələcəyi olan istedadlı partiya işçisinin karyerasına son qoymaq  istəyirdilər. Nəticədə, Mərkəzi Komitəyə göndərilən saysız-hesabsız imzasız məktublar öz işini gördü. 1985-ci ilin noyabrında keçirilən partiya konfransında Mərkəzi Komitə Zəngilanla heç bir əlaqəsi olmayan bir şəxsin işlədiyi rayonda vurulmaması üçün Musa Cəfərovu vəzifəsindən azad etdi. Musa Cəfərov RPK-nin ikinci katibi seçilmədi, bir il işsiz qaldı. Mərkəzi Komitədə yerlərdə əsas reallıqlardan xəbəri olmayan  cavabdeh şəxslər bacarıqlı və təcrübəli partiya işçisinin ədalətli müraciətlərinə məhəl qoymurdu.  Bu ədalətsizlik bir insanın, bir saf  əqidə sahibinin sınağa çəkilməsi idi. Musa Cəfərov bu sınaqdan da alnıaçıq çıxdı. Çünki vicdanlı idi. Çünki haqq onunla idi...

Rayon komsomol komitəsində şöbə müdiri işlədiyim illərdə RPK-nin  ilk partiya təşkilatında qeydiyyatda olduğuma görə səmimi insan olan Musa Cəfərovla tədbirlərdə və partiya təşkilatının iclaslarında görüşər, ünsiyyətdə olardıq. Hər görüşdə onun hikmətli sözlərini eşidirdim, məsləhətlərini dinləyirdim, belə bir insanla həmsöhbət olmaqdan qürur duyurdum. Partiya fəallarının yığıncaqlarında, toplanışlarında maraqlı və yaddaqalan çıxışları insanların diqqətini partiya məsuliyyətinin yüksəldilməsinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirir, onlarda yüksək əzmkarlıq hissi yaradırdı.

1984-cü il idi. Füzuli rayonunda təbliğatçıların zona seminarı keçirilirdi. Mən də müşavirədə gənc təbliğatçı və mühazirəçi kim iştirak edirdim. Müşavirədə Musa Cəfərov da çıxış etdi. Onun dərin məzmunlu, məntiqli, sinədəftər çıxışı tədbir iştirakçılarının diqqətini cəlb etdi, zalda xoş ab-hava yaratdı. Mərkəzi Komitənin məsul işçisi yekun çıxışında müasir ideoloji işçinin Musa müəllim kimi olmağını arzuladı. Tədbirdən sonra qonşu rayonların rəhbər işçiləri Musa müəllimə yaxınlaşıb maraqlı çıxışına görə onu təbrik etdilər...

1986-cı ilin noyabrında kənd təsərrüfatı işçiləri həmkarlar komitəsinin sədri seçilən Musa Cəfərov yeniliyi sevdiyinə görə həmkarlar təşkilatlarının fəaliyyətinin yenidən qurulmasında, iri təsərrüfatlarda həmkarlar komitəsinin yaradılmasında, həmkarlar təşkilatları üzvlərinin hüquqlarının qorunmasında və müdafiə edilməsində nəzərəçarpacaq işlər gördü. Onun səyi və təşəbbüsü ilə yüzlərlə kəndli, əməkçi, fəhlə kurortlara müalicəyə və istirahət evlərinə göndərilirdi, sağlamlıq və sosial təminat məsələlərində böyük irəliləyişlər əldə olunurdu.

1993-cü il oktyabrın 29-da Zəngilanın işğalından sonra Bakıda məskunlaşan Musa Cəfərov 1993-cü ilin dekabrından 1996-cı ilin martınadək Zəngilan rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini işlədi. Bu müddətdə yurd-yuvasından didərgin düşmüş məcburu köçkünlərin problemlərinin həlli ilə əlaqədar  bacardığı bütün köməklikləri göstərirdi. İnsanlar onu bir rəhbərdən çox, bir insan kimi güvənc yeri bilirdilər.

Rayonun ictimai-siyası həyatında uzun illər səmərəli fəaliyyət göstərən Musa Cəfərov zəngin dünyagörüşü ilə çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq qabiliyyəti ilə fərqlənmişdi. Uzun illər rayon partiya komitəsinin plenum və büro üzvü, rayon sovetinin deputatı olub.

Belə fəaliyyətlərinə görə 3 oktyabr 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 1970-ci il oktyabrın 12-də "Rəşadətli əməyə görə V.İ.Leninin anadan olmasının 100 illiyi yubiley" medalı, 1982-ci ildə "Şərəf nişanı" ordeni və çoxlu sayda fəxri fərmanlarla təltif edilib. Amma ən böyük mükafatı xalqın qəlbində qalan təmiz adı, xoş xatirəsi, tükənməz və unulmaz  sevgisi idi.

Mənəvi cəhətdən təmiz və saf olan bənzərsiz şəxsiyyət, dəyərli ziyalı və gözəl insan Musa Cəfərov 1999-cu ilin iyunun 20-də qəfildən dünyasını dəyişdi. Parlaq xatirəsi onu tanıyanların qəlbində və yaddaşlarda həmişə yaşayacaq. Onun həyatı təkcə bir insanın  deyil, bir elin mücadiləsinin, sabaha  ümidlə baxan baxışlarının parlaq aynası idi.

O, bir qocaman çinar kimi kölgə saldı Zəngilanın torpağına. O çinarın kökləri dərin, kölgəsi geniş idi - arzulayanlar bu kölgəliyi özünə doğma bilirdi, bu kölgəliyə yad yellər əsmirdi. Bəd niyyətlərdən, zamanın sərt küləklərindən zərrəcə təntimirdi, sınmırdı, əyilmirdi. Hər dəfə Musa müəllimi xatırlayanda Mirzə Ələkbər Sabirin bir misrasını xatırlayıram: "Bənzərəm bir qocaman dağa ki, dəryada durar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see482

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see446

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see405

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see323

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see270

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see246

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see212

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see207

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see189

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see189

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see175

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see173

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see173

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see171

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see167

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see165

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see164

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see162

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see162

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri