Icma.az
close
up
RU
“El Vampiro” yenə də iş başında! bu dəfə komanda yoldaşını dişlədi

“El Vampiro” yenə də iş başında! bu dəfə komanda yoldaşını dişlədi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İnter Mayami”nin hücumçusu Luis Suares KONKAKAF kubokunun oyununda həmklubu Jordi Albanı dişləyib. Fort-Loderdeyldə keçirilən bu oyun uruqvaylının komandasının 3:1 hesablı qələbəsi ilə bitib.
Dost atəşi
Oyunun sonlarında yaşanan gülməli qalmaqal teleyayına da düşüb. 88-ci dəqiqədə meydanda dava-dalaş baş verib – “İnter Mayami” ilə “Los-Anceles”in bəzi futbolçuları itələşməyə başlayıb. Meydan sahiblərindən davaya qoşulanlar arasında Suareslə Alba da olub. Jordi uruqvaylı ilə müqayisədə daha aqressiv görünüb. Luis onu münaqişənin mərkəzindən uzaqlaşdırmağa çalışıb. Ancaq lateral inadkarlıq edib, hətta bir əli ilə həmklubunun futbolkasından yapışıb. Belədə Suares əvvəlcə onun barmaqlarını dişləyib, sonra da boynundan itələyib.
Ağrıdan qovrulan Alba özünü qazona atıb. Yalnız bundan sonra uruqvaylı hücumçu onu buraxıb. Suares yanındakının məhz Jordi olduğunu anlasa da, internetdə dərhal belə zarafatlar yayılıb ki, guya ururqvaylı onu rəqibin futbolçusu bilib. Amma belələri ilə Luisin söhbəti, adətən, qısa sürür.
El Vampiro
Suaresin futbol dünyasında daimi ləqəbi yoxdu. Ancaq ispandilli ölkələrə tez-tez onu “Uruqvat vampiri” adlandırırlar. Səbəb aydındı – “Barselona”nın sabiq hücumçusu dişləmək həvəskarıdı.
Onun ilk sənədli-sübutlu hücumu 2010-cu ildə baş verib. Onda “Ayaks”ın şərəfini qoruyan Luis PSV-nin oyunçusu Otman Bakkalı dişləyib. Uruqvaylı inanılmaz hərəkətinə görə 7 oyunluq cəza alıb.
Bir neçə il özünü sakit aparan Suares 2013-cü ildə artıq “Liverpul” – “Çelsi” oyununda Branislav İvanoviçi dişləyib. Onda İngiltərənin futbol qurumu Vampiri 10 oyunluq cəzalandırmışdı. Luis bu dəfə cəmi bir il dözdü. Və 2014-cü ildə keçirilən dünya çempionatının Uruqvay – İtaliya (1:0) oyununda eyni şəkildə Corco Kyelliniyə hücum çəkdi. Onda Suares üçün bu hərəkətin fəsadı daha ağır oldu – o, təkcə dişindən zərbə almadı, həmçinin sərt cəza ilə üzləşdi. 4 aylığa futbolla bağlı istənilən fəaliyyətdən uzaqlaşdırıldı, yığmada 9 oyunluq cəza aldı və cərimələndi. Belə sərt cəzanı hətta Kyellini də anlamamışdı:

“Suaresə münasibətdə sevinc, qisas və qəzəb hiss etmirəm. Yalnız Luis və onun ailəsi haqda düşünürəm, çünki bu çətin dönəmi arxada qoymalıdılar. Hədsiz ağır cəzadı. Ümid edirəm ki, ona komanda yoldaşlarının yanında olmağa icazə verərlər. Axı belə qadağalar adamı tənhalığa apara bilər”.


Bu dəfə Suares komanda yoldaşını dişləyib, odu ki, cəzalanmaq ehtimalı o qədər də reaı görünmür. Ancaq rəqiblər bir qədər ehtiyatlı davranmalıdı. “El Vampiro” yenidən iş başındadı!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri