Icma.az
close
up
RU
MTK dan ev aldı, 30 cu ayda başqasına satıldığını öyrəndi Nə mənzil var, nə də pul

MTK dan ev aldı, 30 cu ayda başqasına satıldığını öyrəndi Nə mənzil var, nə də pul

Icma.az bildirir, Lent az portalına istinadən.

Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb.

Lent.az xəbər verir ki, bu barədə sakin özü paylaşım edib.

Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağlı MTK nümayəndəsinə yaxınlaşıb, möhlət istədikdə, problem olmadığı söylənilib:

“20 gündən sonra ödəniş etməyə gedərkən bizə ödənişin gecikdiyi və müqaviləyə xitam verildiyi bildirildi. Mənə möhləti sizin işçiniz verdi, dedikdə isə işçinin belə bir səlahiyyəti olmadığını dedilər.

Müqaviləmə xitam verildi. Mənzil satıldıqda sizin pulunuz qaytarılacaq deyildi. Müqavilədə də qeyd olunub ki, mənzil satılandan sonra 10% rüsum tutulmaqla yerdə qalan məbləğ geri ödəniləcək. MTK ofisinə məlumat almaq üçün gedəndə bizi içəri buraxmırlar. Komentdantdan soruşduqda isə mənzilin satıldığını söyləyir, lakin bizim pulumuz qaytarılmır”.

Bəs görəsən, MTK-nın ödəniş 15-20 gün gecikdiyinə görə mənzil müqaviləsindən xitam vermək hüququ varmı? Mənzil satıldıqdan sonra ödənişin 10%-nin çıxılaraq, pulun qalanının qaytarılması qanunidir?

Daşınmaz əmlak işləri üzrə mütəxəssis Fərid Cəfərli Lent.az-a açıqlamasında bildirib ki, əgər müqavilədə ödəniş gecikməsinə görə xitam hüququ nəzərdə tutulubsa belə, həmin şərtin konkret vəziyyətə tətbiqinin qanuniliyi ayrıca qiymətləndirilməlidir:

“Bu məsələyə birmənalı cavab vermək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır. Əgər vətəndaş mənzili daxili kreditlə əldə edibsə və ödəniş qrafiki müqavilədə müəyyən olunubsa, ödənişin gecikdirilməsi müqavilə öhdəliyinin pozulması hesab oluna bilər. Lakin bu, MTK-ya istənilən halda, istənilən qaydada və heç bir prosedura əməl etmədən müqaviləyə xitam vermək hüququ yaratmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilələrin dəyişdirilməsi və ləğvi, habelə öhdəliklərin icrası ilə bağlı müddəaları nəzərə alınmalıdır. Burada əsas suallar bunlardır: müqavilədə neçə günlük gecikmənin xitam üçün əsas olduğu göstərilibmi, vətəndaşa rəsmi xəbərdarlıq edilibmi, gecikmənin aradan qaldırılması üçün əlavə müddət nəzərdə tutulubmu və xitam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibmi?

Əgər müqavilədə ödəniş gecikməsinə görə xitam hüququ nəzərdə tutulubsa belə, həmin şərtin konkret vəziyyətə tətbiqinin qanuniliyi ayrıca qiymətləndirilməlidir. Sadəcə müqavilədə xitam bəndinin olması MTK-nın bütün hərəkətlərinin avtomatik olaraq qanuni sayılması demək deyil.

MTK nümayəndəsi vətəndaşa ödəniş üçün əlavə möhlət veribsə, sonradan müqaviləyə xitam verilə bilərmi? Bu işdə ən mühüm məqamlardan biri məhz budur. Vətəndaş bildirir ki, ödənişin gecikəcəyi barədə MTK nümayəndəsinə əvvəlcədən məlumat verilib və həmin şəxs əlavə möhlət verib. Vətəndaş da ödənişi həmin müddətin sonunda etməyə gedərkən müqaviləyə xitam verildiyini öyrənib. Burada nümayəndənin səlahiyyəti, tərəflər arasında faktiki razılaşmanın olub-olmaması və bu razılaşmanın hansı formada təsdiqlənməsi araşdırılmalıdır.

Əgər möhlət yazılı şəkildə verilibsə, rəsmi yazışmalarda təsdiqlənibsə və ya başqa sübutlarla müəyyən edilə bilirsə, bu, vətəndaşın mövqeyini gücləndirə bilər. Möhlətin şifahi verilməsi də hüquqi baxımdan əhəmiyyətsiz sayılmamalıdır, lakin onun mövcudluğunu və məzmununu sübut etmək çətinləşə bilər.

MTK-nın əməkdaşının səlahiyyətli olmadığını bildirməsi də məsələyə son qoymur. Həmin şəxsin vəzifəsi, vətəndaşla əvvəlki münasibətləri, MTK adından hansı hərəkətləri etməyə səlahiyyətli olması və vətəndaşın həmin şəxsə etibar etməsi üçün əsasların olub-olmaması qiymətləndirilməlidir.

Buna görə də vətəndaş möhlətlə bağlı mesajları, elektron yazışmaları, səs yazılarını qanuni yolla əldə edilibsə, ödəniş sənədlərini və digər sübutları saxlamalıdır. Mübahisənin həllində bu materiallar mühüm rol oynaya bilər”.

Mütəxəssis qeyd edib ki, müqavilədə mənzil satıldıqdan sonra ödənilmiş vəsaitin 10 faiz tutulmaqla qaytarılması nəzərdə tutulubsa, həmin şərtin məzmunu, hansı məbləğə tətbiq edilməsi və hansı hallarda qüvvəyə minməsi dəqiq araşdırılmalıdır:

“Bu məsələdə iki anlayışı fərqləndirmək lazımdır: müqavilədə cərimə və ya tutulma nəzərdə tutulması və həmin tutulmanın konkret iş üzrə qanuni əsasının olması.

Əgər müqavilədə mənzil satıldıqdan sonra ödənilmiş vəsaitin 10 faiz tutulmaqla qaytarılması nəzərdə tutulubsa, həmin şərtin məzmunu, hansı məbləğə tətbiq edilməsi və hansı hallarda qüvvəyə minməsi dəqiq araşdırılmalıdır.

Məsələn, 10 faiz bütün müqavilə qiymətindən, yoxsa vətəndaşın faktiki ödədiyi məbləğdən tutulmalıdır? Bu, müqavilədə necə ifadə olunub? Tutulma cərimədir, dəbbə puludur, yoxsa başqa əsasla müəyyən edilmiş məbləğdir? MTK bu məbləğin tutulması üçün hansı hüquqi və faktiki əsasları göstərir?

Bunlar vacib suallardır. Müqavilədə 10 faizlik şərtin yazılması onun hər bir halda mübahisəsiz tətbiq edilə biləcəyi anlamına gəlmir. Şərtin qanunvericiliyə uyğunluğu, tərəflərin hüquq və vəzifələri, eləcə də konkret şərait nəzərə alınmalıdır.

Digər tərəfdən, vətəndaşın ödənişi gecikdirməsi MTK-nın ona qarşı hər hansı tələb irəli sürməsini istisna etmir. Ancaq tələb olunan məbləğ əsaslandırılmalı, müqavilə və qanunvericiliyin tələblərinə uyğun olmalıdır.Mənzil artıq başqa şəxsə satılıbsa, MTK pulu vətəndaşa qaytarmalıdırmı?

Əgər müqavilənin şərtlərinə əsasən ödənilmiş vəsait mənzil satıldıqdan sonra qaytarılmalıdırsa və mənzilin artıq satılması faktı təsdiqlənirsə, vətəndaşın pulun qaytarılmasını tələb etmək üçün ciddi hüquqi əsası yarana bilər.

Lakin burada bir məqamı nəzərə almaq lazımdır. Mənzilin satılması faktı vətəndaşın geri alacağı məbləğin avtomatik olaraq müəyyən edilməsi demək deyil. Ödənilmiş ümumi məbləğ, müqavilədə nəzərdə tutulan tutulmalar, mümkün qarşılıqlı borclar və pulun qaytarılması üçün müəyyən edilmiş müddət araşdırılmalıdır”.

Fərid Cəfərli bildirib ki, MTK-dan yazılı şəkildə aşağıdakılar tələb olunmalıdır:

“Mənzilin satış faktının və satış tarixinin təsdiqi, vətəndaş tərəfindən ödənilmiş ümumi məbləğ barədə maliyyə arayışı, tutulması nəzərdə tutulan 10 faizin hüquqi və müqavilə əsasları, geri qaytarılacaq yekun məbləğin hesablanması, ödənişin həyata keçiriləcəyi konkret tarix.

Əgər MTK mənzilin satıldığını təsdiqləyir, lakin vəsaiti qaytarmırsa və ya məsələ ilə bağlı yazılı izahat verməkdən yayınırsa, bu hal mülki-hüquqi mübahisənin predmetinə çevrilə bilər. Vətəndaşın hüququnun məhkəmə qaydasında müdafiəsi imkanları qiymətləndirilməlidir.

Vətəndaş ilk növbədə, müqavilənin, ödəniş qrafikinin, bütün qəbzlərin və bank köçürmələrinin surətlərini toplamalıdır. Möhlət verilməsi ilə bağlı yazışmalar, müqaviləyə xitam barədə bildirişlər və MTK nümayəndələrinin açıqlamaları da qorunmalıdır.

Daha sonra MTK-ya rəsmi yazılı tələb göndərilməlidir. Tələbdə müqaviləyə xitamın hüquqi əsasları, möhlətin nəzərə alınıb-alınmaması, mənzilin satış tarixi, tutulmaların hesablanması və geri qaytarılacaq vəsaitin məbləği barədə yazılı cavab istənilməlidir.

Müraciətin qəbulunu təsdiqləyən sənəd əldə etmək və ya məktubu çatdırılmasını sübut edən üsulla göndərmək vacibdir. Şirkət cavab vermədikdə, əsassız tutulma tətbiq etdikdə və ya pulun qaytarılmasından yayındıqda, konkret müqavilənin hüquqi təbiətindən asılı olaraq mülki məhkəməyə müraciət etmək və vəkil vasitəsilə iddia tələblərini müəyyənləşdirmək mümkündür.

Həmçinin, münasibətlərin istehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyinin əhatəsinə düşüb-düşmədiyi araşdırılmalı, uyğun olduğu halda aidiyyəti dövlət qurumuna şikayət verilməsi nəzərdən keçirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri