Əl Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? İnfantinoya rəqib axtarılır
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa futbolunun aparıcı simaları FIFA prezidenti Canni İnfantinoya rəqib hazırlamağa çalışırlar.
Apasport.az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, bir sıra nüfuzlu futbol xadimləri PSJ-nin prezidenti Nasser Əl-Xelaifini gələn il keçiriləcək FIFA prezident seçkilərində namizəd olmağa razı salmağa çalışırlar.
Bildirilir ki, son dövrlər İnfantinonun rəhbərliyi altında qəbul edilən bəzi qərarlar Avropa futbolunda narazılıq yaradıb. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və onun növbəti prezident seçkilərində yenidən namizəd olacağı gözlənilir.
Nasser Əl-Xelaifi isə 2011-ci ildən PSJ-nin prezidentidir. O, eyni zamanda Avropa Klublar Assosiasiyasının (ECA) sədri və UEFA İcraiyyə Komitəsinin üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 İyul 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















