“Ela” və “Levent”in 18 il sonrakı qarşılaşmaları gündəm oldu Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə televiziya tarixinin yadda qalan seriallarından olan “Doktorlar”ın “Ela” və “Levent”i 18 ildən sonra yenidən eyni layihədə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, Yasemin Ergene və Kutsi “Tuzlu Kahve” serialında illər sonra qarşılaşaraq tamaşaçılara köhnə hekayəni xatırladıblar.
Yeni bölümün treylerində ikilinin üz-üzə gəldiyi səhnə sosial mediada böyük marağa səbəb olub. Kanalın sosial media hesablarında yayımlanan görüntülər qısa müddətdə müzakirə mövzusuna çevrilib.
İzləyicilər səhnəyə yumorla yanaşaraq “Bu dəfə ədalətsizliyi çamadana yığmaq Leventin növbəsidir” kimi şərhlər yazıblar.
Qeyd edək ki, 2006-2010-cu illərdə yayımlanan “Doktorlar” serialında “Ela” və “Levent” əsas personajlardan olub. İllər sonra iki aktyor “Tuzlu Kahve” serialında yenidən eyni layihədə yer alıb.
Kutsi 22 sentyabrda yayımlanacaq yeni bölümdən etibarən “Tuzlu Kahve”nin aktyor heyətinə qonaq ulduz kimi qoşulub. Yasemin Ergene isə serialda Elit obrazını canlandırır.
Xatırladaq ki, “Doktorlar”ın 66-cı bölümündə “Ela” və “Levent” evlənməyə hazırlaşırdı. Lakin “Levent” “Ela”nın ondan nəyisə gizlətdiyini öyrəndikdən sonra toy mərasimini tərk etmiş və “Ela”nı gəlinlik paltarında tək qoymuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Sentyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















