Yataqxanada tələbənin ölümünün TƏFƏRRÜATI VİDEO
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.
Redaktor.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.
Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:
"Bir saylı yataqxanada olub. Mən də orada qalıram. Deyilənə görə, qızın başı ağrıyırmış. Bacısına xəbər verərək hamam otağına gedib. Bacısı onun uzun müddət geri qayıtmadığını görüb və narahat olub. Hamam otağının qapısı bağlı olduğundan kilidi açıblar. İçəri daxil olanda qızın yerdə uzandığını görüblər. Dəqiq bilmirəm, təzyiqi düşüb, yoxsa beyninə qan sızıb. Mən ikinci mərtəbədə qalıram, həmin qız isə üçüncü mərtəbədə yaşayırmış. Onu şəxsən tanımırdım, amma otaq yoldaşlarım tanıyırdılar".
Tələbə yataqxanadakı hamam otaqlarının ümumi istifadədə olduğunu da bildirib. Onun sözlərinə görə, hər hamam otağında dörd-beş kabinə var.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















