Icma.az
close
up
RU
“Əlavə 2 3 milyonluq büdcə ilə “üçlüy”ə oynaya bilərik” (MÜSAHİBƏ)

“Əlavə 2 3 milyonluq büdcə ilə “üçlüy”ə oynaya bilərik” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Sumqayıt” klubunun baş məşqçisi Saşa İliçin “Futbolpress.az“a müsahibəsi:

– Çempionatın birinci dövrəsi geridə qaldı. Komandanın oyunundan, məşqçidən nə deyə bilərsiz?
– Hazırda komanda 5-ci yerdədir. Amma nəzərə alaq ki, həm altıncı yer bizə çox yaxındır, həm də üçüncü yerlə fərqimiz bir xaldır. Çempionat çox gərgin gedir. Güclü komandaların sayı çoxdur, hamı yuxarı sıralar üçün oynayır, açıq-aydın zəif komanda yoxdur. İkinci dövrə daha çətin olacaq.

– Yəni “Sumqayıt” həm üçüncü, həm də altıncı, yeddinci ola bilər..
– Bəli, tamamilə doğrudur. Daha maraqlı, çətin olacaq. Qarşıda ağır oyunlarımız var. Saşa İliçdən tam razıyıq. Onun peşəkarlığı, insani keyfiyyətləri yüksək səviyyədədir. Komandanın göstərdiyi oyundan da razıyıq. Düzdür, bundan da artığını, yaxşısını istəyirik. İnanırıq ki, komanda artıracaq, bu potensialı görürük. Ümid edirəm ki, ikinci dövrə bizim üçün daha uğurlu olar, daha yuxarılara qalxa bilərik.

– Baş məşqçi müsahibəsində yeni oyunçulara ehtiyac olduğunu bildirdi. Rəqibləriniz də boş oturmur. Bu yöndə iş gedir?
– İşlər gedir. Daha yuxarılara qalxmaq, aşağı düşməmək üçün yeni oyunçular lazımdır. Məşqçilər korpusu və biz rəhbərlik bu yöndə işləyirik. Komandaya uyğun futbolçular axtarırıq.

– Real namizədlər var?
– Danışdığımız futbolçular var.

– Mövqelər üzrə…
– 2-3 mövqeyə futbolçu axtarırıq. Daha çox universal futbolçulara üstünlük verəcəyik. Həmin oyunçular bir neçə mövqedə oynaya bilsinlər.

– İliçin durumu nəticədən nə dərəcə asılı olacaq?
– Saşanın müqaviləsində müddəti artırma bəndi var. Ondan razıyıq. İnşallah ki, əməkdaşlığımız uzun müddət davam edəcək.

– Saşa buna qədər bir klubda bir ildən çox işləməyib. “Sumqayıt” ilk ola bilər?
– Bəli, niyə də olmasın…

– Legioner limitinin ləğvindən sonra legioner bazarında klub olaraq əziyyət çəkirsiniz?
– Mövsümün əvvəlindən qurduğumuz büdcə var. Transferlər məsələsində buna uyğun hərəkət edirik. Açıq deyəcəm, ötən ilə nisbətən büdcəmizdə xeyli azalma var.

– Dövlətdən gələn vəsait də azaldı…
– Bəli, aldığımız digər müəyyən məbləğlərdə də azalma var. Büdcəyə uyğun hərəkət edirik. 15-16-cı legioneri gətirməyə gücümüz çatmaz…

– Onda 12 olacaq?
– İndi demək olmur. “Sumqayıt”ın güclənməyə ehtiyacı var. Çalışacağıq elə edək ki, ilk növbədə komandanı düşünək. Variant olsa, hərəkətə keçəcəyik.

– Böyük şəhərin tək komandasısınız. Bəzi matçlarda stadionu tam doldura bilirsiniz. Bəs daha nə etməlisiniz ki, klubun ambisiyası da artsın, “üçlüy”ə, çempionluğa rahat oynayasınız?
– Əlavə 2-3 milyonluq büdcə ilə “üçlüy”ə oynaya bilərik.

– Yaxın bir-iki mövsümdə bu gözlənilir?
– Klub, rəhbərlik olaraq yeni sponsorlarla danışırıq, məbləğlərdən fərqli olmayaraq. Yeni sponsorların cəlbinə çalışırıq. Məbləğin artması yeni oyunçu keçidlərində də işimizə yaxşı əsir edir.

– Legioner limitinin ləğvi sizə imkanlara mənfi və ya müsbət mənada necə təsir edir?
– Belə deyək, limit necə qoyulubsa, ona uyğun hərəkət etməliyik. Onun Azərbaycan futboluna təsirinn olub-olmayacağını zaman göstərəcək. İndiki limit orta və aşağı büdcəli komandalara çətinliklər yaradır. Bizim kimi komandalar üçün daha çətindir.

– Yerli oyunçunu oynadıb fayda götürməyin perspektivini necə görürsünüz?
– Ordan gələcək məbləğlərin yetərli olmayacağını düşünürük.

– “Pakş” ilə yoxlama oyununun ilk hissəsində meydanda 7-8 yerli oyunçu var idi. Bu, baş məşqçinin eksperimenti idi, yoxsa klubun bununla bağlı bəlli siyasəti var? Gələcəkdə belə məqamlar olacaq?
– “Sumqayıt” həmişə akademiya, yerli oyunçuları ən çox oynadan klub olub. Ən çox yerli futbolçular həmişə bizim komandada olub. Çalışmışıq ki,həmin yerli oyunçular akademiyamızın yetirmələri olsun. Təəssüf ki, əsas heyətdə görməyi planlaşdırdığımız, istədiyimiz, özünü doğruldacağıı gözlədiyimiz Ayxan Süleymanlı ciddi zədə aldı. Ona şəfalar diləyirəm. Akademiyamızın oyunçuları yavaş-yavaş əsas heyət üzvünə çevrilir. İstər qapıçı Xəyal Fərzullayev, Nadir Orucov olsun, onlar indi özlərini göstərməyə başlayır. Çempionatda limit olmasa da, biz indi tək “Sumqayıt”ı yox, Azərbaycan futbolunu düşünürük. Matçların əksəriyyətində əsas heyətdə 4 yerli oyunçu olur. Bu yolda davam edəcəyik, yerlilərə şans verəcəyik. Çalışacağıq ki, meydana minimum 4 yerli oyunçu çıxsın. Siyasətimiz budur, tək legionerlərlə oynamayacağıq.

– Ötən müsahibəmizdə demişdiniz ki, akademiyadan tam razı deyilik, islahatlar düşünürük. Bu istiqamətdə hansı işlər görmüsünüz?
– Əvəzedicilər, U-19, məşqçilər, akademiya ilə bağlı işlər gedir. Koordinator Hakan Sünalla tez-tez danışırıq. Akademiya nə vaxt əsas komandaya oyunçu versə, gücü onda bilinir. Rəsmi matçlarda bu futbolçular meydana çıxarsa, deməli düzgün yoldayıq.

Elçin Cəlilov
(Antalya)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri