ƏlCəzirə: Suriyanın yeni hökuməti ABŞni sanksiyaları ləğv etməyə çağırıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın yeni keçid hökuməti ABŞ hakimiyyətini Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dekabrın 20-də ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens Suriyaya səfər edib.
“Biz ABŞ nümayəndə heyətini Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq. Nümayəndə heyətinə Suriya xalqına müharibələr və münaqişələr bəlasından bir az dincəlmək imkanının verilməsinin vacibliyini izah etdik. Daha sonra Suriya xalqının Əsəd rejimindən qurtulmaqla regionun xaosdan xilas edilməsinə töhfə verdiyini vurğuladıq”, - deyə keçid hökumətinin rəsmisi telekanala müsahibəsində bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Dekabr 2024 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















