Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulmasında iştirak etməyə çağırıb
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulmasında fəal iştirak etməyə çağırıb. O, bu barədə Ankarada qubernatorlarla görüşdə bildirib. Yayım TRT Haber telekanalı tərəfindən həyata keçirilib.
“ Suriyaya 13 il ərzində dəymiş ziyan 500 milyard dolları ötür. Beynəlxalq ictimaiyyət bu prosesə mühüm töhfə verməlidir”, - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin ölkəsinin Suriyanın yeni hakimiyyət orqanlarına hər cür dəstəyi verməyə hazır olduğunu və onunla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətini açıqlayıb.
“Bizim mehriban qonşuluq qanuni normalarımızdan irəli gələn Suriyanın ərazi bütövlüyü və siyasi birliyini təmin etmək üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”, - deyə Türkiyə Prezidenti Suriyalı qaçqınların öz vətənlərinə qayıtmasını təmin etmək üçün Ankaranın humanitar vəzifəsi adlandırıb. “Bu, həm də regional sabitlik baxımından bizim üçün strateji prioritetdir”, - deyə Ərdoğan bildirib. O əlavə edib ki, qaçqınların geri qaytarılması prosesi könüllüdür. “Biz heç kimi zorla ölkədən çıxarmayacağıq”, - Türkiyə prezidenti vurğulayıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















