Icma.az
close
up
RU
Elçibəy, Nazarbayev və Türkmənbaşı yemək süfrəsində

Elçibəy, Nazarbayev və Türkmənbaşı yemək süfrəsində

Icma.az, Azpost portalına istinadən məlumat verir.

 Mərhum Əbülfəz Elçibəy prezident seçildikdən sonra Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.

Bunun üçün o, dövlət başçısı kimi 1992-ci ilin iyununda İstanbula səfər edib.

AzPost-un “FOTOXRONİKA” layihəsi çərçivəsnində təqdim etdiyi bu foto Kənan Əlizadənin şəxsi arxivindəndir.

Şəkildə sammitdə iştirak üçün Türkiyəyə gəlmiş MDB dövlət başçıları əks olunub. Yemək süfrəsi ətrafında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Saparmurad Niyazov, Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Azərbaycan prezidenti Əbülfəz Elçibəy oturub. 

İstanbul sammitində iştirak edən prezident Elçibəy Qara Dəniz İşbirliyi Sazişini və “Bosfor bəyanatı”nı imzalyıb.

Həmin sammitlə bağlı maraqlı hadisəni illər sonra Türkiyənin “Hürriyyət” qəzeti yazmışdı.

Qəzet Azərbaycanın prezident Əbülfəz Elçibəylə bağlı indiyə qədər dövlət sirri kimi qorunan məlumatı yaymışdı.

Belə məlum olur ki, Elçibəy prezident seçiləndən az sonra, 1992-ci il iyunun 24-də Türkiyəyə səfəri zamanı oteldən xəbərsiz çıxıb və polislər bir müddət sonra onu İstanbulda adi şəhər taksilərindən birində tapıblar.

Qəzet yazır ki, Elçibəy həmin tarixdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün İstanbula səfər edib.  Elçibəy hava limanından birbaşa Çırağan sarayına gedib. Qaldığı suit nömrədən İstanbul boğazını və Anadolu yaxasını uzun müddət seyr edib.

Sammitin təşkilati işləri ilə bağlı koordinatorluğu Türkiyənin dövlət naziri Şerif Ercan həyata keçirirmiş. Səhər tezdən qonaqlar qaldıqları nömrələrdən çıxaraq sammitin keçiriləcəyi zala toplaşmağa başlayırlar. Amma Elçibəy zalda görünmür.

Dərhal Çırağan sarayı axtarılır, prezidentin harada olduğu Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşulur. Ancaq heç kim Elçibəyin yerini bilmir. Dövlət naziri Ercan vəziyyəti dərhal dövlət naziri Cavid Cağlara bildirir. Çağlar təcili olaraq baş nazir Süleyman Dəmirəlin yanına gedir deyir:“Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Onu müşayiət edənlər də harada olduğunu bilmir. Sammit başlamaq üzrədir, Elçibəysiz bu iş olarmı? Əfəndim, nə əmr edirsiniz?”

Dəmirəl soyuqqanlı şəkildə bildirir ki, məsələni hələlik açıb-ağartmasınlar. İstanbul polisinin rəisi, sammitin təhlükəsizliyinə məsul Necdet Menzirə Elçibəyin harada olduğunu araşdırmaq üçün göstəriş versinlər. Polis rəisi əmri alandan dərhal sonra araşdırmaya başlayır, otel personalından ilk ip ucunu alır. Məlum olur ki, Elçibəy səhərin erkən saatlarında otağından çıxıb birbaşa Çırağan sarayının giriş qapısına yönəlib, küçədəki taksilərdən birinə minərək harasa gedib.

Dərhal İstanbul polisi səfərbər olur. Elçibəy qısa müddət sonra İstanbulun Anadolu yaxasında, Salacak sahilində taksidə tapılır. Polis şefləri Azərbaycan prezidentinin bu halını çaşqınlıqla izləyir, yavaş yavaş taksiyə yaxınlaşır və özlərini təqdim edir. Taksinin şüşəsi açıq imiş, polislər Elçibəyə nə kömək edə biləcəklərini soruşurlar. Elçibəy isə polislərə belə deyir:“Türkiyə aşiqiyəm. İstanbula heyranam, anavətənimizə gəlmişkən atalarımızın yaşadığı Topkapı sarayını uzaqdan da olsa seyr etmək istədim”.

Beləliklə, Azərbaycan prezidenti tapılmışdı və bu haqda polislər ratsiya ilə İstanbul polisinin rəisini məlumatlandırır. Polis rəisi isə xəbəri Cavid Çağlara çatdırır. Çağlar vəziyyəti Dəmirələ bildirir. Elçibəy polis maşını ilə Çırağan sarayına qaytarılır və sammitin keçirildiyi salonda yerini tutur. Dəmirəl təlimat verir ki, bu insident dövlət sirri olaraq gizli saxlanılsın…

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri