Icma.az
close
up
RU
Elçibəy, Nazarbayev və Türkmənbaşı yemək süfrəsində

Elçibəy, Nazarbayev və Türkmənbaşı yemək süfrəsində

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Mərhum Əbülfəz Elçibəy prezident seçildikdən sonra Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.

Bunun üçün o, dövlət başçısı kimi 1992-ci ilin iyununda İstanbula səfər edib.

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsnində təqdim etdiyi bu foto Kənan Əlizadənin şəxsi arxivindəndir.

Şəkildə sammitdə iştirak üçün Türkiyəyə gəlmiş MDB dövlət başçıları əks olunub. Yemək süfrəsi ətrafında Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Saparmurad Niyazov, Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Azərbaycan prezidenti Əbülfəz Elçibəy oturub. 

İstanbul sammitində iştirak edən prezident Elçibəy Qara Dəniz İşbirliyi Sazişini və “Bosfor bəyanatı”nı imzalyıb.

Həmin sammitlə bağlı maraqlı hadisəni illər sonra Türkiyənin “Hürriyyət” qəzeti yazmışdı.

Qəzet Azərbaycanın prezident Əbülfəz Elçibəylə bağlı indiyə qədər dövlət sirri kimi qorunan məlumatı yaymışdı.

Belə məlum olur ki, Elçibəy prezident seçiləndən az sonra, 1992-ci il iyunun 24-də Türkiyəyə səfəri zamanı oteldən xəbərsiz çıxıb və polislər bir müddət sonra onu İstanbulda adi şəhər taksilərindən birində tapıblar.

Qəzet yazır ki, Elçibəy həmin tarixdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün İstanbula səfər edib.  Elçibəy hava limanından birbaşa Çırağan sarayına gedib.

Qaldığı suit nömrədən İstanbul boğazını və Anadolu yaxasını uzun müddət seyr edib.

Sammitin təşkilati işləri ilə bağlı koordinatorluğu Türkiyənin dövlət naziri Şerif Ercan həyata keçirirmiş. Səhər tezdən qonaqlar qaldıqları nömrələrdən çıxaraq sammitin keçiriləcəyi zala toplaşmağa başlayırlar. Amma Elçibəy zalda görünmür.

Elçibəy

Dərhal Çırağan sarayı axtarılır, prezidentin harada olduğu Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşulur. Ancaq heç kim Elçibəyin yerini bilmir. Dövlət naziri Ercan vəziyyəti dərhal dövlət naziri Cavid Cağlara bildirir. Çağlar təcili olaraq baş nazir Süleyman Dəmirəlin yanına gedir deyir: “Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Onu müşayiət edənlər də harada olduğunu bilmir. Sammit başlamaq üzrədir, Elçibəysiz bu iş olarmı? Əfəndim, nə əmr edirsiniz?”

Dəmirəl soyuqqanlı şəkildə bildirir ki, məsələni hələlik açıb-ağartmasınlar. İstanbul polisinin rəisi, sammitin təhlükəsizliyinə məsul Necdet Menzirə Elçibəyin harada olduğunu araşdırmaq üçün göstəriş versinlər. Polis rəisi əmri alandan dərhal sonra araşdırmaya başlayır, otel personalından ilk ip ucunu alır. Məlum olur ki, Elçibəy səhərin erkən saatlarında otağından çıxıb birbaşa Çırağan sarayının giriş qapısına yönəlib, küçədəki taksilərdən birinə minərək harasa gedib.

Dərhal İstanbul polisi səfərbər olur. Elçibəy qısa müddət sonra İstanbulun Anadolu yaxasında, Salacak sahilində taksidə tapılır. Polis şefləri Azərbaycan prezidentinin bu halını çaşqınlıqla izləyir, yavaş yavaş taksiyə yaxınlaşır və özlərini təqdim edir. Taksinin şüşəsi açıq imiş, polislər Elçibəyə nə kömək edə biləcəklərini soruşurlar. Elçibəy isə polislərə belə deyir:“Türkiyə aşiqiyəm. İstanbula heyranam, anavətənimizə gəlmişkən atalarımızın yaşadığı Topkapı sarayını uzaqdan da olsa seyr etmək istədim”.

Beləliklə, Azərbaycan prezidenti tapılmışdı və bu haqda polislər ratsiya ilə İstanbul polisinin rəisini məlumatlandırır. Polis rəisi isə xəbəri Cavid Çağlara çatdırır. Çağlar vəziyyəti Dəmirələ bildirir. Elçibəy polis maşını ilə Çırağan sarayına qaytarılır və sammitin keçirildiyi salonda yerini tutur. Dəmirəl təlimat verir ki, bu insident dövlət sirri olaraq gizli saxlanılsın…

Azpost.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri