Icma.az
close
up
RU
Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən biri olan Nemət Pənahlını məhkəməyə verir.

Bunu “Yeni Sabah”a açıqlamasında sabiq dövlət başçısının oğlu bildirib.

“Nemət Pənahlının müsahibəsini yeni oxumuşam. İndi vəkili gözləyirəm. Gəlsin, iddianı hazırlayıb məhkəməyə təqdim edəcəyik”, - Ərturqut Əliyev vurğulayıb.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub.

80-ci illərin sonlarında Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.  Ə.Elçibəy 1992-ci il iyunun 17-də Azərbaycan Prezidenti (ikinci prezident) seçilib. Bir il sonra - 1993-cü il iyunun 24-də hakimiyyətdən devrilib.  

O, 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, N.Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, “Meydan hərəkatı” dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, guya 10 milyon vəsait AXC lideri və mərhum Prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. N.Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib. Sözügedən şəxs hesabat təqdim etməkdən boyun qaçırıb.

Milli Azadlıq Hərəkatının tanınmış bir çox nümayəndəsi və Əbülfəz Elçibəyin silahdaşları N.Pənahlının dediklərini şər-böhtan və qərəzli yanaşma sayırlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri