Icma.az
close
up
RU
Elçin Allahverdiyev: Bakı Adaptasiya Yol Xəritəsinin COP 30 da tam tətbiq olunması nəzərdə tutulur

Elçin Allahverdiyev: Bakı Adaptasiya Yol Xəritəsinin COP 30 da tam tətbiq olunması nəzərdə tutulur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bakı Adaptasiya Yol Xəritəsinin COP-30-da tam tətbiq olunması nəzərdə tutulur".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Bakıda keçirilən COP29 zamanı adaptasiya ilə bağlı mühüm qərarlar qəbul edildi və Bakı Adaptasiya Yol Xəritəsi təsis olundu: "Onun COP-30-da tam tətbiq olunması nəzərdə tutulur. Hazırda tərəfdaşlarımızla birlikdə bu yol xəritəsinin əsas elementlərini müəyyənləşdiririk və su məsələsinin də orada öz əksini tapacağına inanırıq. Bakı Adaptasiya Yol Xəritəsi həm də COP-30-un əsas gündəliyində yer alan "Qlobal Adaptasiya Məqsədi"nin reallaşdırılmasına dəstək verəcək".

Bundan başqa, XİN rəsmisi qeyd edib ki, Bakı COP-u çərçivəsində "cavab tədbirləri" ilə bağlı da əhəmiyyətli qərar qəbul olundu: "Burada məqsəd mitiqasiya tədbirlərinin ölkələrə, sənaye sahələrinə və insanlara vurduğu mənfi təsirləri aradan qaldırmaqdır. Bu tədbirlər gələcəkdə su məsələlərini də əhatə edəcək".

E.Allahverdiyev əlavə edib ki, digər mühüm müzakirə istiqaməti isə "ədalətli keçid" (Just Transition) proqramı idi: "Bu proqram COP-28-də Dubayda qəbul edilmişdi və biz Bakıda onu xeyli irəlilətdik. Gözləyirik ki, bu ilin iki ay ərzində Belem şəhərində keçiriləcək COP-30-da yekunlaşsın. Ədalətli və bərabər keçidlərdən danışarkən suyun mərkəzi mövqedə olması vacibdir. Çünki su təminatı, transsərhəd əməkdaşlıq və sanitar məsələlər bu prosesin ayrılmaz hissəsidir.

Təəssüf ki, "Su Məsələləri Bəyannaməsi"nə qoşulan ölkələrin əksəriyyəti yalnız aşağı axarlı dövlətlərdir. Biz istəyirik ki, yuxarı axarlı dövlətlər də bu təşəbbüsə qoşulsunlar. Burada heç bir ittiham və ya təzyiq yoxdur. Əgər su hövzəsini bölüşürüksə, birlikdə danışmalı və idarəetməni koordinasiya etməliyik. Hazırda Bəyannaməyə 73 tərəfdaş ölkə qoşulub və ümid edirik ki, digər ölkələr də ciddi yanaşaraq bu təşəbbüsə dəstək verəcəklər".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri