Icma.az
close
up
RU
Elçin Əmirbəyov Çilidə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib

Elçin Əmirbəyov Çilidə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çili Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Alberto van Klaveren, Milli Konqresinin Senatının sədri Manuel Xose Ossandon, Deputatlar Palatasının sədri Xose Migel Kastro, hər iki palatada Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qruplarının sədrləri Fransisko Çauhan və Kosme Meyado və həmin qrupların üzvləri, həmçinin Çili prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Karlos Figeroa ilə görüşlər keçirib.

Oxu.Az-ın məlumatına görə, danışıqlar zamanı Azərbaycan ilə Çili arasında ikitərəfli siyasi, iqtisadi, ticari və humanitar əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın fəallaşdırılmasına qarşılıqlı maraq ifadə edilib. Parlamentdə keçirilmiş görüşlər zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli platformalarda möhkəmləndirilməsinin vacibliyi qarşılıqlı olaraq bəyan edilib. Çilinin yüksəkvəzifəli rəsmiləri ilə həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesinin indiki durumu və çağırışları barədə ətraflı və konstruktiv fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi diqqətə çatdırılıb. Həmçinin Çilinin minatəmizləmə sahəsində təcrübəsi xatırlanıb, işğaldan azad olunmuş ərazilərimizdə aparılmaqda olan minatəmizləmə işi çərçivəsində təcrübə mübadiləsinin və mümkün əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd olunub.

E.Əmirbəyov, həmçinin Çilinin aparıcı beyin mərkəzlərindən olan Müdafiə Nazirliyi nəzdində Siyasi və Strateji Araşdırmalar Milli Akademiyasının (ANEPE) və Xarici işlər Nazirliyinin "Andres Bello" Diplomatik Akademiyasının rəhbərliyi və elmi işçiləri ilə görüşüb, yerli KİV nümayəndələrinə müsahibə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 May 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri