Icma.az
close
up
RU
Elçin Əmirbəyov Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində görüşlər keçirib

Elçin Əmirbəyov Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində görüşlər keçirib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Karlos Ramiro Martinez və Qvatemala Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sezar Roberto Davila ilə görüşləri keçirilib.

Oxu.Az-ın məlumatına görə, görüşlər çərçivəsində Azərbaycan və Qvatemala arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Qvatemala tərəfi xüsusi olaraq kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşlərdə, həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, ikitərəfli və Qoşulmama Hərəkatı və Beynəlxalq Parlamentlərarası İttifaqı kimi çoxtərəfli platformalardan istifadə imkanları nəzərdən keçirilib.

Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə sazişin imzalanması prosesinə mane olan məlum amillər (Ermənistan konstitusiyasına lazımı dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması) qarşı tərəfin diqqətinə çatdırılıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Qvatemalanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımları atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub.

Qvatemala tərəfi beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyini və təşəbbüslərini birmənalı şəkildə dəstəklədiklərini qeyd edib, sazişin imzalanmasına əngəl yaradan maneələrin, Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Bakının bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, güclü xarici siyasət və iqtisadiyyata malik olan Azərbaycanın digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri