Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Elçin Əmirbəyov Yunanıstanda bir sıra görüşlər keçirib

Elçin Əmirbəyov Yunanıstanda bir sıra görüşlər keçirib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstan Respublikasında işgüzar səfərdə olub.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan-Yunanıstan ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi məqsədilə həyata keçirilən səfər çərçivəsində Elçin Əmirbəyov Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos, baş nazirin diplomatik ofisinin rəhbəri Yannis Miltiadis Nikolaidis, xarici işlər nazirinin müavini Aleksandra Papadopulo, Yunanıstan Parlamentinin üzvü Sofia Yannis Voultepsi, eləcə də Delfi İqtisadi Forumunun Prezidenti Symeon Tsomokos ilə görüşlər keçirib. Sözügedən görüşlərlə yanaşı, E.Əmirbəyov Avropa və Xarici Siyasət üzrə Yunan Fondunun (ELIAMEP) rəhbər və ekspert heyəti ilə dəyirmi masa çərçivəsində tərəfləri maraqlandıran mövzularda müzakirələr aparıb.

Elçin Əmirbəyov BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illərdə qeyri-daimi üzvü və Avropa İttifaqının fəal üzvü kimi Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, son dövrlərdə iki ölkə arasında yenidən canlanan və konstruktiv şəraitdə həyata keçirilən siyasi dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Bu xüsusda, ticarət dövriyyəsinin artırılması və yaşıl enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, səhiyyə və turizm kimi sahələrdə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xalq diplomatiyası çərçivəsində əlaqələrin genişləndirilməsi istiqamətində parlamentlərarası təmasların mühüm əhəmiyyət kəsb etdiyi və bu məsələ üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı niyyət ifadə olunub.

Azərbaycan-Aİ münasibətlərində 2025-ci ilin əvvəlindən təkan götürən müsbət dinamikanın davam etdirilməsinə qitənin aparıcı təsisatının fəal iştirakçısı kimi Yunanıstanın müsbət töhfə verəcəyinə inam qeyd olunub. Bu xüsusda, Elçin Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daşıdığı strateji rolu və nəqliyyat bağlantıları və xüsusi olaraq, Orta Dəhliz vasitəsilə Asiya-Avropa ticarət dəhlizində açar və əlaqələndirici funksiyasını diqqətə çatdırıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın və ölkələr arasında əlaqələrdə son zamanlar müşahidə olunan müsbət meyillərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, etibarlı, davamlı və dönməz sülhün əldə olunması istiqamətində hələ də öz həllini gözləyən mövcud maneələr, o cümlədən rəsmi Bakının Ermənistandan və beynəlxalq ictimaiyyətdən gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yolverilməz olduğunu qeyd edən E.Əmirbəyov, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməli və keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk qrupu və digər aidiyyəti qurumların ləğv edilməli olduğunu bildirib. Əlavə olaraq, rəsmi Afinanın ölkəmizin sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə edilib. Qarşı tərəf Ermənistanla Azərbaycan arasında ötən mart ayında sülh müqaviləsinin mətninin razılaşdırılması, eləcə də şərti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində əldə olunan irəliləyişləri alqışladıqlarını bəyan edib, iki ölkə arasında davamlı sülhün tezliklə əldə edilməsinin tərəfdarı olduğunu qeyd edib.

Səfər zamanı E.Əmirbəyov, həmçinin, yunan tərəfin diqqətini Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal siyasətinə, ələlxüsus Azərbaycan mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına çəkib. Görüşlərdə Ermənistan tərəfindən ərazilərimizin kütləvi və nizamsız şəkildə minalarla çirkləndirilməsi problemini vurğulayan dövlət rəsmisi, mina qurbanları, eləcə də ölkəmizdə aparılan minatəmizləmə fəaliyyətləri barədə təfərrüatlı məlumat verib, bu sahəyə dair nəşrləri yunan tərəfinə təqdim edib.

Yuxarıda qeyd olunan görüşlərdən savayı, Prezidentin nümayəndəsi səfər çərçivəsində nüfuzlu yerli media orqanlarına da müsahibələr verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri