Icma.az
close
up
RU
Elçin Əmirbəyov İrlandiyada bir sıra görüşlər keçirib

Elçin Əmirbəyov İrlandiyada bir sıra görüşlər keçirib

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun İrlandiya Respublikasına işgüzar səfəri baş tutub.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov İrlandiya baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Helen Bleyk, İrlandiya Parlamentinin Nümayəndələr Palatasının spikeri Verona Mörfi, Avropa işləri və müdafiə üzrə dövlət naziri Tomas Börn, kənd təsərrüfatı, ərzaq ixracı və yeni bazarlar üzrə dövlət naziri Noel Qreliş, XİN-nin siyası direktoru Cerard Koun, İrlandiya Parlamentinin xarici əlaqələr komissiyanın sədri və eyni zamanda ATƏT Parlament Assambleyasında İrlandiya nümayəndə heyətinin rəhbəri Con Lahart, eləcə də İrlandiyanın keçmiş baş naziri Berti Ahern ilə görüşlər keçirib. Elçin Əmirbəyov, həmçinin, İrlandiyanın aparıcı beyin mərkəzi biri olan Beynəlxalq və Avropa Məsələləri İnstitutunun direktoru Aleks Uayt və institutun tədqiqatçıları ilə görüşərək fikir mübadiləsi aparıb.

Danışıqlar zamanı Azərbaycan və İrlandiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət, yaşıl enerji, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları, habelə parlamentlərarası münasibətlərin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Qeyd olunan sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Görüşlərdə, həmçinin, Azərbaycan ilə Aİ arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Gələn ilin ikinci yarısında Avropa İttifaqının sədrliyini həyata keçirəcək İrlandiyanın rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini vurğulayıblar.

Elçin Əmirbəyov görüşlər zamanı qarşı tərəfə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, davamlı və dönməz sülhə nail olunması üçün əsas çağırışlar və şərtlər, eləcə də Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə ətraflı məlumat təqdim edib, tərəf müqabilləri ilə bu mövzuda ətraflı fikir mübadiləsi aparıb. İrlandiya rəsmiləri Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini və sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini qeyd ediblər.

Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və minalarla çirkləndirilmiş ərazilərin yaratdığı təhlükələr barədə də qarşı tərəfi məlumatlandırıb, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim edib.

E.Əmirbəyov səfər çərçivəsində, həmçinin, İrlandiyanın media nümayəndələrinə müsahibə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri