Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Elçin Əmirbəyov Meksikada işgüzar səfərdə olub

Elçin Əmirbəyov Meksikada işgüzar səfərdə olub

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 28-30 aprel tarixlərində Meksikada işgüzar səfərdə olub.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Meksika Prezidenti Administrasiyasının rəhbəri Lazaro Kardenas Batel, Meksika Senatının sədri senator Xerardo Fernandez Noronya, Meksika Deputatlar Palatasının sədri deputat Serxio Quterrez Luna və Meksika Xarici Əlaqələr Katibliyinin Avropa Baş idarəsinin rəisi Oktavio Trip ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində Azərbaycan və Meksika arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycanın Latın Amerikası bölgəsindəki ölkələrlə əlaqələrinə vacib əhəmiyyət verdiyi, o cümlədən Meksikanın Azərbaycan üçün mühüm tərəfdaş olduğu vurğulanıb. Habelə, iki ölkə arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və ticari sahələrdə əlaqələrin dərinləşdirilməsi üzrə qarşılıqlı iradə ifadə olunub, iqtisadi və ticari potensialın tam reallaşdırılması üçün daha fəal addımların atılması zərurəti diqqətə çatdırılıb. Həmçinin qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb. Meksikanın COP29-da fəal iştirakı yüksək qiymətləndirilib, parlamentlərarası əməkdaşlığın davam etdirilməsi və dostluq qruplarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində ortaq niyyətlər ifadə edilib.

Görüşlərdə həmçinin, xarici əlaqələri diversifikasiya etmək məsələsinin bu gün Meksika üçün mühüm əhəmiyyət daşıdığı, bu kontekstdə Azərbaycanın Avropa və Asiya arasında strateji mərkəz (hub) kimi Cənubi Qafqaz regionunda önəmli tərəfdaş və regional prioritet olduğu bildirilib. Ölkəmizin bu gün regionda gücləri balanslaşdırmağı çox uğurlu şəkildə həyata keçirməsinin Meksika tərəfindən maraqla izləndiyi, regional güclərlə məhsuldar və yaxşı münasibətlər quraraq uğurlu diplomatik gündəlik inkişaf etdirdiyi, yalnız qonşuluğunda deyil, qlobal arenada da beynəlxalq gündəmə töhfələr verdiyi diqqətə çatdırılıb.

Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda tarixi bir fürsətin yarandığı, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə saziş layihəsinin müzakirələrinin tamamlandığı qeyd edilib. Bu addım mühüm irəliləyiş və əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilib.

Həmçinin, sazişin imzalanması prosesinə mane olan amillərdən söz açılıb. Bu maneələr arasında, sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamlar, ələlxüsus Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu, bundan əlavə, artıq öz əhəmiyyətini itirmiş Minsk qrupu kimi təsisatların ləğv edilməsi zərurəti vurğulanıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Meksikanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımı atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub. Həmçinin Azərbaycanın və Meksikanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanıb. Əsasən ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi müqəddəs prinsiplərə hər iki ölkənin böyük dəyər verdiyi diqqətə çatdırılıb.

Meksika tərəfi isə öz növbəsində beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini dəstəklədiklərini qeyd edib, sülh sazişinin imzalanmasına əngəl yaradan maneələrin Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Azərbaycanın bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, və güclü iqtisadiyyata sahib olan Azərbaycan kimi ölkələrin uğurun əhəmiyyətli bir nümunəsi olduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində, həmçinin, E.Əmirbəyov Meksikanın aparıcı mətbuat orqanlarına müsahibələr verib, onun Meksika Xarici Əlaqələr Katibliyinin nəzdində fəaliyyət göstərən Matias Romero adına İnstitutda (Diplomatik Akademiya) "Azərbaycan-Meksika Əlaqələri, Cənubi Qafqazda sülhün bərpası perspektivləri" mövzusunda mühazirəsi təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 May 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri