Icma.az
close
up
RU
Elçin Əmirbəyov Meksikaya işgüzar səfər edib

Elçin Əmirbəyov Meksikaya işgüzar səfər edib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 28-30 aprel tarixlərində Meksika Birləşmiş Ştatlarında işgüzar səfərdə olub.

525.az xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Meksika Prezidenti Administrasiyasının rəhbəri Lazaro Kardenas Batel, Meksika Senatının sədri senator Xerardo Fernandez Noronya, Meksika Deputatlar Palatasının sədri deputat Serxio Quterrez Luna və Meksika Xarici Əlaqələr Katibliyinin Avropa Baş idarəsinin rəisi Oktavio Trip ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində Azərbaycan və Meksika arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycanın Latın Amerikası bölgəsindəki ölkələrlə əlaqələrinə vacib əhəmiyyət verdiyi, o cümlədən Meksikanın Azərbaycan üçün mühüm tərəfdaş olduğu vurğulanıb. Habelə, iki ölkə arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və ticari sahələrdə əlaqələrin dərinləşdirilməsi üzrə qarşılıqlı iradə ifadə olunub, iqtisadi və ticari potensialın tam reallaşdırılması üçün daha fəal addımların atılması zərurəti diqqətə çatdırılıb. Həmçinin qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb. Meksikanın COP29-da fəal iştirakı yüksək qiymətləndirilib, parlamentlərarası əməkdaşlığın davam etdirilməsi və dostluq qruplarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində ortaq niyyətlər ifadə edilib.

Görüşlərdə həmçinin, xarici əlaqələri diversifikasiya etmək məsələsinin bu gün Meksika üçün mühüm əhəmiyyət daşıdığı, bu kontekstdə Azərbaycanın Avropa və Asiya arasında strateji mərkəz (hub) kimi Cənubi Qafqaz regionunda önəmli tərəfdaş və regional prioritet olduğu bildirilib. Ölkəmizin bu gün regionda gücləri balanslaşdırmağı çox uğurlu şəkildə həyata keçirməsinin Meksika tərəfindən maraqla izləndiyi, regional güclərlə məhsuldar və yaxşı münasibətlər quraraq uğurlu diplomatik gündəlik inkişaf etdirdiyi, yalnız qonşuluğunda deyil, qlobal arenada da beynəlxalq gündəmə töhfələr verdiyi diqqətə çatdırılıb.

Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda tarixi bir fürsətin yarandığı, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə saziş layihəsinin müzakirələrinin tamamlandığı qeyd edilib. Bu addım mühüm irəliləyiş və əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilib.

Həmçinin, sazişin imzalanması prosesinə mane olan amillərdən söz açılıb. Bu maneələr arasında, sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamlar, əlaxüsus Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu, bundan əlavə, artıq öz əhəmiyyətini itirmiş Minsk Qrupu kimi təsisatların ləğv edilməsi zərurəti vurğulanıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Meksikanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımı atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub. Həmçinin Azərbaycanın və Meksikanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanıb. Əsasən ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi müqəddəs prinsiplərə hər iki ölkənin böyük dəyər verdiyi diqqətə çatdırılıb.

Meksika tərəfi isə öz növbəsində beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyini  və sülh təşəbbüslərini dəstəklədiklərini qeyd edib, sülh sazişinin imzalanmasına əngəl yaradan maneələrin Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Azərbaycanın bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, və güclü iqtisadiyyata sahib olan Azərbaycan kimi ölkələrin uğurun əhəmiyyətli bir nümunəsi olduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində, həmçinin, E.Əmirbəyov Meksikanın aparıcı mətbuat orqanlarına müsahibələr verib, onun Meksika Xarici Əlaqələr Katibliyinin nəzdində fəaliyyət göstərən Matias Romero adına İnstitutda (Diplomatik Akademiya) “Azərbaycan-Meksika Əlaqələri, Cənubi Qafqazda sülhün bərpası perspektivləri” mövzusunda mühazirəsi təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri