Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Elçin Əmirbəyov Danimarka Krallığında işgüzar səfərdə olub

Elçin Əmirbəyov Danimarka Krallığında işgüzar səfərdə olub

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Danimarka Krallığına işgüzar səfəri baş tutub.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Danimarka Baş nazirinin Ofisində Xarici siyasət departamentinin rəhbəri Henrik Vinter, Danimarkanın xarici siyasət məsələləri üzrə dövlət katibi Lotte Makon, Danimarka Parlamentində (Folketing) Xarici işlər komitəsinin sədri Liz Bek, eləcə də Danimarka Beynəlxalq Elmlər İnstitutu və Danimarka Xarici Siyasət Cəmiyyətinin ekspertləri ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və Danimarka arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi və investisiyalar üzrə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Danimarkanın İxrac və Sərmayələr Fondunun cari ilin may ayının əvvəlində Azərbaycana edilmiş səfərinin əhəmiyyətini vurğulayan Danimarka tərəfi ölkəmizdə bərpaolunan enerji sektorunun inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etməyə hazır olduğunu, hazırda konkret imkanları nəzərdən keçirdiyini qeyd edib.

Görüşlərdə, həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Cari ilin iyulun 1-dən Avropa Birliyində altı ay ərzində sədrlik edəcək Danimarkanın rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini vurğulayıblar.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, iki ölkə arasında davamlı və dönməz sülhün bərqərar olması üçün hələ də mövcud olan əsas maneələr və Azərbaycanın sülh gündəliyi barədə ətraflı məlumatı təqdim edib, mövzu ətrafında danimarkalı həmkarları ilə fikir mübadiləsi aparıb.

Danimarka rəsmiləri Azərbaycanın sülh gündəliyini dəstəklədiyini qeyd edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının tərəfdarı olduqlarını bildiriblər.

Görüşlər zamanı Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi barədə ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırıb, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim edib.

E.Əmirbəyov səfər çərçivəsində həmçinin Danimarkanın media nümayəndələrinə müsahibə verib.

Qeyd olunmalıdır ki, Danimarka hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və Avropa İttifaqına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısına ev sahibliyi edəcək. Eyni zamanda, Danimarka 2025-ci il ərzində Nordik-Baltik Əməkdaşlığı (NB8) ölkələri arasında koordinasiya funksiyasını həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri