Icma.az
close
up
RU
Elçin həyatının sirlərini açaçacaq

Elçin həyatının sirlərini açaçacaq

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Elçin Hüseynovun həyatı ilə bağlı sənədli film çəkiləcək.

Axşam.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O bildirib ki, film onun 50 illik yubileyi münasibətilə lentə alınır:

"Hər insanın həyatında onu özünə qaytaran bir başlanğıc, qəlbində əbədi yaşatdığı bir doğma ocaq və taleyinə istiqamət verən mənəvi köklər var… Mənim köklərim Cəlilabad rayonunun Hacıismayıllı kəndindədir. 19 dekabr 2026-cı ildə 50 illik ömür yolumu, eyni zamanda 30 illik sənət fəaliyyətimi qeyd edəcəyəm. Bu əlamətdar günü möhtəşəm konsert proqramı ilə qeyd etməyə hazırlaşırıq. 50 illik yubileyim və 30 illik sənət fəaliyyətim münasibətilə həyat və yaradıcılıq yolumdan bəhs edən geniş sənədli film də hazırlanır.

İlk növbədə bu layihənin ərsəyə gəlməsində əməyi olan, filmin hazırlanması təşəbbüsünü irəli sürən və bu böyük işin həyata keçirilməsi üçün çalışan hər kəsə - başda rejissorumuz Emin Abışov (“Em Line Film”), texniki heyətin rəhbəri Rövşən Quluyev (“FREEM Film”) olmaqla bütün yaradıcı heyətə, çəkiliş komandasına, eləcə də bizə göstərdikləri diqqət və səmimiyyətə görə Hacıismayıllı kəndinin sakinlərinə indidən dərin təşəkkürümü bildirirəm.

Sənədli filmin hekayəsi mənim dünyaya göz açdığım, ilk addımlarımı atdığım, həyatın və insanlığın ilk dərslərini öyrəndiyim torpaqdan — Cəlilabad rayonunun Hacıismayıllı kəndindən başlayır.

Çəkilişlər doğma Azərbaycanımızın müxtəlif məkanları ilə yanaşı, Bakı, qardaş Türkiyənin İstanbul şəhəri, Rusiya və həyat və sənət yolumla bağlı digər yerlərdə davam edəcək. Filmdə illər ərzində yolumun kəsişdiyi bir çox tanınmış insanların da mənim haqqımda xatirələri və fikirləri yer alacaq. İnanıram ki, çox maraqlı, mənalı və yaddaqalan bir sənədli film ərsəyə gələcək.

Filmin ilk çəkilişlərinin məhz doğulub boya-başa çatdığım Hacıismayıllı kəndində aparılması mənim üçün xüsusi məna daşıyır. Çünki bu kənd mənim üçün sadəcə doğulduğum ünvan deyil. Bura mənim uşaqlığımın keçdiyi, ilk arzularımın yarandığı, sevincimin və kədərimin izlərini qoruyan müqəddəs məkandır.

Hacıismayıllı mənim ata ocağım, yaddaşım, mənəvi sığınacağım və həyat yolumun başlanğıc nöqtəsidir. İnsan harada yaşamasından, hansı zirvələrə yüksəlməsindən asılı olmayaraq, qəlbinin bir parçası həmişə doğulduğu torpaqda qalır.

Rəhmətlik atam Hacı Əlipənah Hüseynov bizə yalnız bir ad və soyad deyil, böyük bir mənəvi miras qoyub. O, bizə insanlara və el-obaya xidmət etməyi, ehtiyacı olana dayaq durmağı, xeyirxahlığı həyat tərzinə çevirməyi və doğulduğun torpağı heç zaman unutmamağı öyrədib.

Atamın mirası bizim üçün maddi sərvətdən daha qiymətlidir. Bu, vicdanla yaşamaq, halal zəhmətə inanmaq, elin dərdinə şərik olmaq və ata ocağının adına layiq övlad kimi davranmaq məsuliyyətidir.

Bu gün biz 4 qardaş Əlibaba,Rahim - başda ailəmizin dəyərli ağsaqqalı Niyaz qardaşım olmaqla — atamızın bizə əmanət etdiyi bu yolu davam etdirməyə çalışırıq".
İllər ərzində doğma Hacıismayıllı kəndimizdə məscidin tikintisi, kəndə ilk dəfə şirin bulaq suyunun çəkilməsi, qəbiristanlığın abadlaşdırılması, yolların yaxşılaşdırılması, işıqlandırma və digər abadlıq işlərində imkanımız daxilində əlimizdən gələn dəstəyi göstərmişik.
Bizim üçün görülən hər bir işin arxasında bir məqsəd dayanıb: doğulduğumuz torpağa, böyüdüyümüz el-obaya xidmət etmək.
Bu işlərin həyata keçirilməsində bizə göstərdiyi diqqət və dəstəyə görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq müəllim Cəlilova da xüsusi minnətdarlığımı bildirirəm. Bu gün də Rafiq müəllimlə görüşərək kəndimizdə görülən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi apardıq. Onun səmimi münasibəti, dəyərli məsləhətləri və doğma rayonumuzun abadlığına göstərdiyi diqqət bizim üçün böyük stimul oldu.
Bütün bunları gördüyümüz işləri sadalamaq və ya nümayiş etdirmək üçün deyil, atamızdan bizə qalan bir ənənənin, mənəvi borcun və doğma torpağa bağlılığın davamı kimi bölüşürəm.
Bu film mənim üçün yalnız 50 illik bir ömrün və 30 illik sənət yolunun hekayəsi deyil.
Bu film — haradan gəldiyimin, hansı ocaqdan çıxdığımın, kimlərdən örnək aldığımın, hansı dəyərlərlə böyüdüyümün və bu günə qədər keçdiyim yolun hekayəsidir.
50 il…Bir ömür yolu.
30 il…Bir sənət yolu.
Və bütün bu yolun başlanğıcında bir ünvan dayanır:
Doğma Hacıismayıllı…
Hekayəm başladığım yerdən başlayır…

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axsam.az
archiveBu xəbər 16 Sentyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri