Dakar 2026: cüdoçumuz İbrahim Talıbov tatamiyə çıxır
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan cüdo millisinin üzvü İbrahim Talıbov Seneqalda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında (Dakar-2026) bu gün mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Talıbov ilk görüşünü Mərkəzi Afrika Respublikasından İbrahim Mussa ilə Əfqanıstan təmsilçisi Cahan Zib Tarin arasındakı qarşılaşmanın qalibi ilə keçirəcək.
Yarış gününün təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Medalların sahibləri isə 20:00-da start götürəcək final blokunda müəyyənləşəcək.
Qeyd edək ki, 31 oktyabrda başlayan Dakar-2026 13 noyabradək davam edəcək. Oyunlarda Azərbaycanı səkkiz idman növündə 13 idmançı təmsil edir.
Bu mövzuda digər xəbərlər:4 cüdoçumuz tatamiyə çıxır
06 Sentyabr 2025 13:37
Daha 4 cüdoçumuz tatamiyə çıxır
10 Oktyabr 2026 09:27
“Böyük dəbilqə”: 11 cüdoçumuz tatamiyə çıxır
15 Fevral 2025 09:40
Daşkənddə həlledici gün: altı cüdoçumuz tatamiyə çıxır
01 Mart 2026 09:41
Dörd cüdoçumuz bu gün Tbilisidə tatamiyə çıxır
20 Mart 2026 10:01
Baxış sayı:102
Bu xəbər 01 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















