Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa baş hakimi təyin olundu
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Elçin Məsiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
15 Noyabr 2024 17:40
Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub
26 Noyabr 2024 13:38
Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb
15 Noyabr 2024 16:18
Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat aldı
15 Noyabr 2024 14:48

